Nazir ermənilərə bir daha çağırış etdi
Tarix: 29.12.2014 | Saat: 20:37:00 | E-mail | Çapa göndər


"Əgər Ermənistan Bakı 2015 Avropa Oyunlarında iştirak etmək qərarına gələrsə, Azərbaycan bu ölkənin nümayəndə heyətinin təhlükəsizliyini təmin etməyə hazırdır". Bunu gənclər və idman naziri Azad Rəhimov 2014-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib. Nazir qeyd edib ki, Ermənistan tərəfi bu məsələni şişirdir: "Ancaq dəfələrlə bəyan etmişik ki, biz Ermənistan nümayəndə heyətinin təhlükəsizliyini təmin etməyə hazırıq".
A.Rəhimov Avropada və dünyada Azərbaycana qarşı qərəzli mövqedən və ikili standartlardan da söz açıb. Nazir qeyd edib ki, bu gün Avropanın, eləcə də dünyanın bir çox ölkələrində Azərbaycanın inkişafına qısqanclıqla yanaşırlar və Azərbaycanın bugünkü inkişafını qəbul edə bilmirlər: "Onlar qəbul edə bilmirlər ki, Azərbaycan kiçik ölkə olmasına baxmayaraq, belə sürətlə inkişaf edir, müstəqil siyasət yürüdür".
Nazir mətbuat nümayəndələrini də Azərbaycan haqqında bu cür qərəzli yazılar yayan bəzi beynəlxalq mətbuat orqanlarına qarşı mübarizə aparmağa çağırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info