“Avrasiya İqtisadi İttifaqı Rusiya diplomatiyasının uğurudur”
Tarix: 29.12.2014 | Saat: 22:43:00 | E-mail | Çapa göndər


Avrasiya İqtisadi İttifaqının yaradılması Rusiya diplomatiyasının danılmaz uğurudur. Bunu “İnterfaks”a müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, 2015-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq ittifaqın yaranması regional və beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə mühüm töhfə sayılmalıdır. “Cəmi bir neçə gündən sonra Ermənistan bu ittifaqın bərabərhüquqlu üzvü olacaq. Dekabrın 23-də Qırğızıstanın da ittifaqa qoşulması barədə müqavilə imzalanıb. Müxtəlif dövlətlərin Avrasiya İttifaqına qoşulmağa və ya azad ticarət sonası ilə bağlı müqavilə bağlamağa can atması layihənin müvəffəqiyyətinə dəlalət edir, ona tələbatı təsdiqləyir”, - deyə S. Lavrov söyləyib. Nazir qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Rusiyanın sədrliyi çərçivəsində təşkilatın rolu və potensialı artırılıb, xüsusilə də Əfqanıstan ərazisindən gələn təhdidlərin qarşısının alınmasında bu təşkilatın mühüm rolu olub. Rusiya XİN başçısı Ukrayna böhranının da nizamlanmasında fəal iştirak etdiklərini deyərək, Moskvanın davamlı olaraq silahlı qarşıdurmanın dayandırılması və uzunmüddətli barışığa çalışdığını vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info