“Sabah”: “ABŞ epoxası sona çatırmı?”
Tarix: 29.12.2014 | Saat: 22:58:00 | E-mail | Çapa göndər


Türkiyənin "Sabah" qəzeti dünyada ABŞ-ın epoxasının sona çatması ilə bağlı maraqlı yazı yazıb. Yazıda müəllif Mahmut Övür qeyd edir: “Sovetin yıxılmasından sonra hamını bir məsələ narahat edirdi: “Yeni dünya nizamı necə olacaq? Artıq o zaman buna beyin mərkəzləri, ziyalılar, Qərbin, ən çox ABŞ-ın görkəmli siyasi xadimləri cavab tapmağa çalışırdılar.
Bir-birini soyuq müharibəyə sürükləyən ikiqütblü dünya sisteminin çökməsi yeni dünya siyasi sisteminin formalaşması ilə nəticələnməli idi. Amma indi isə dünya həmin dönəmdən sonra xaos və dərin dəyişikliklər astanasındadır. ABŞ hegemonluq rolunun öhdəsindən gələ bilmədi və Avropa Birliyi ilə birgə Rusiya ətrafında həlqə yaratmağa başladı. Bu zamandan ABŞ dünyanı idarə edən yeganə dövlət olmaqdan qalır. Bu rola Avropa Birliyi də iddia edə bilməz. Universal insan dəyərləri, demokratiya, azadlıqlar bəyan edən bu birlik Misir və Suriyada çevrilişlər və kütləvi insan qətllərini saya almamaqla bəyan etdiyi dəyərlərdən imtina etdiyini ortaya qoydu. Çoxlu analitik və siyasilərin qeyd etdiyi kimi, bu situasiya ABŞ və Avrpa Birliyi epoxasının sona çatdığını göstərir. Yeni dünya mərkəzi isə Qərbdən Şərqə doğru yerini dəyişir. Bununla bərabər, Yaxın Şərqdə status-kvonu saxlamağa və Rusiyanı küncə sıxmağa çalışmaq yalnız və yalnız Qərbin ömrünü bir az uzadacaq, bundan artıq ona yardımçı olmayacaq”.
Qeyd edilir ki, bu qlobal dəyişikliyə diqqət yetirənlərdən biri keçmiş ABŞ dövlət katibi Henri Kissincer olub. Özünün ”Diplomatiya” adlı kitabında o, yeni dünya nizamına maraqlı yanaşmaları ilə diqqət çəkir. O, dövlətlərin imperiyalardan, millət-dövlətlərə keçməsini göstərir və qeyd edir ki, dünya liderinin bir ölkə timsalında bu cür dəyişməsi prosesi 100 ildə bir dəfə baş verir: “Məsələn, 17-ci əsrdə - Fransa, 18-ci əsrdə Böyük Britaniya... Dünya siyasi arenasına 1917-ci ildə qədəm qoyan ABŞ, öz gücünü iqtisadi qüdrət sayəsində göstərə bilmişdi. Birinci Dünya müharibəsi fəlakətindən sonra Avropa özünün keçmiş lider mövqeyini qaytara bilmədi. Beynəlxalq arenaya girən ABŞ isə yeni dünya gücü qismində diqqəti özünə çəkməyə başladı. 1945-ci ildə dünya istehsalının 35% -i ABŞ-ın payına düşürdü. İqtisadi güc sayəsində ABŞ, birbaşa hərbi münaqişələrə getmədən, soyuq müharibədən də qalib çıxdı.
Keçmiş Sovetlər Birliyi hərbi münasibətlərdə superdövlət idi, iqtisadi anlamda isə cırtdandan başqa bir şey deyildi. Yaponiya isə iqtisadi nəhəng olsa da, hərbi məsələdə çox aciz idi. Belə bir situasiya 1991-ci ilə - Sovetlər Birliyi çökənə qədər davam etdi. Məhz bu dövrdən başlayaraq, ABŞ-ın liderliyi sona doğru getməyə başladı. Bundan sonra ABŞ özü yeni dünya nizamının ayağına getməli idi. SSRİ-nin dağılmasından sonra yaranmış yeni düzən özündə onu ehtiva edirdi ki, ABŞ digərlərindən asılı olmadan, hərəkət edə bilmədiyini göstərdi. İndi isə zaman-zaman ABŞ-ın hərbi gücü azalmağa başlayır. Bunu konkret düşmənin olmaması, resursların müdafiəyə yox, digər prioritet sayılan sahələrə yönəldilməsi təmin edir. Hesab etmək olar ki,bu proses artıq başlayıb”.
Yazıda Kissincerin fikirlərindən sonra belə bildirilir: Hazırda “böyük dövlət” statusunda olan bütöv dövlətlər sırası formalaşıb və onlar yeni birliklər yaratmaqdadırlar. Məsələn, Çin, Yaponiya, Rusiya, Hindistan və orta böyüklükdə olan digər dövlətlər. Bunlardan biri isə şübhəsiz, Türkiyədir”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Rusiyaya gələn miqrantların sayı azalır
22.02.2019
Ermənilər ayağa qalxdı: Sərkisyan bundan daha yaxşı idi
22.02.2019
Yerevanda taksi sürücüləri aksiya keçirib
22.02.2019
Moldova dövlət başçısına sui-qəsd təşkil ediləcək
22.02.2019
Ermənistanda intihara cəhd halları 20 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info