Amerikanın Çin qorxusu
Tarix: 29.12.2014 | Saat: 23:12:00 | E-mail | Çapa göndər


“La Gaceta”: “Bir neçə ildən sonra Çinin
hərbi qüvvələri Pentaqonu üstələyəcək”

Hələ bir müddət əvvəl, ABŞ rəsmiləri Çinin dünyada yeritdiyi alternativ siyasətdən narazı qalsalar da, onun yaxın gələcəkdə dünya hegemonuna çevriləcəyinə o qədər də ümid bəsləmirdilər. Onlar belə hesab edirdilər ki, Çinin gələcəkdə davam edəcək yüksək” sürətli inkişafı bu ölkəni, ən yaxşı halda, Şərqi Asiya regionunun əsas aparıcı və hegemon dövlətinə çevirə bilər.
Amerika rəsmiləri bunları iddia edərkən, Çinin dünya hegemonluğu sahəsində ABŞ-a rəqib olmayacağına ümid edirdilər. Lakin onlar unudurdular ki, dünya sürətlə dəyişir. Budur, KİV-lərin son məlumatına görə, Çin ordusunda aparılan islahatlar 2020-ci ilə qədər bu ordunun imkanlarını xeyli, hətta Pentaqonla müqayisəyə artıracaq. “La Gaceta” nəşri yazır ki, Çin-Amerika münasibətlərinin güc balansına təsir göstərən üç aspekti var-kiberməkanda müharibə, ucuz Çin mallarına çıxış imkanı və Çin Silahlı Qüvvələrinin müasirləşməsi. Qəzetin yazdığına görə, Çin ordusunda aparılan müasirləşmənin yaratdığı ilk narahatlıq əlamətləri hələ bir neçə il əvvəl Pentaqon tərəfindən bildirilmişdi. 2010-cu ildə ABŞ hərbi dəniz donanmasının komandanı Robert Uillard Ağ Evdən əlavə maliyyələşmə fondlarından hərbi məqsədlər üçün vəsait istəmişdi. Lakin o vaxt məlum olmuşdu ki, həmin ərəfədə ABŞ öz müttəfiqlərinin təhlükəsizliyini təmin etmək iqtidarında deyil. Çin Araşdırma Mərkəzinin direktoru David Finkelşteyn hesab edir ki, Çində aparılan hərbi islahatlar hazırkı dövlət başçısı tərəfindən həyata keçirilən irimiqyaslı layihədir: “Bu, artıq çox ciddi layihədir və onun ilk əlamətləri artıq görünməkdədir. Belə görünür ki, bir neçə ildən sonra Çinin hərbi qüvvələri Pentaqonu üstələyəcək. Çin iqtisadiyyatı artıq bəzi sahələrdə ABŞ iqtisadiyyatını üstələməyə başlayıb”. Ekspert hesab edir ki, 2020-ci ilə qədər ordunun müasirləşməsini başa çatdıracaq Pekin, çox güman ki, Yaponiya ilə ərazi mübahisələrini həll etməyə çalışacaq. Qəzetin yazdığına görə, Amerika dövlətinin narahatçılığına səbəb olan başqa amillərdən biri də sosial xarakter kəsb edir. Belə ki, son 30 ildə Amerika ailələrinin orta aylıq gəliri 8% aşağı düşüb. Bu da amerikalıların Çindən gətirilən ucuz mallar almasına şərait yaradır. ABŞ-da belə alıcıların sayı hər gün artmaqdadır. Bu vəziyyət ABŞ-ı Çin istehsalçılarından asılılığa məcbur edir. Qeyd edək ki, ABŞ-ın Pekinlə bağlı “qorxularından” biri də Hillari Klintonun təəbirincə desək, internetlə bağlıdır. “La Gaceta”nın yazdığına görə, ABŞ çinli hakerlərin nəinki ölkədəki böyük şirkətlərin, hətta bir çox dövlət idarələrinin internet sistemini iflic vəziyyətinə sala biləcək gücdə olmasından ehtiyatlanır.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
20.05.2019
“Paşinyan Ermənistanı total diktaturaya doğru aparır”
20.05.2019
Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı keçirilib
20.05.2019
Yerevanda Paşinyanın tərəfdarları məhkəmə binalarını blokadaya alıb
20.05.2019
Marneulidə keçirilən seçkilərdə azərbaycanlı namizəd qalib gəlib
20.05.2019
Prezident Vladimir Zelenski Ukrayna xalqına sədaqət andı içib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info