“Bayıl dairəsi“ndə 4 giriş-çıxışlı yeraltı piyada keçidi inşa olunur
Tarix: 30.12.2014 | Saat: 15:26:00 | E-mail | Çapa göndər


Bakıda birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar nəqliyyat-yol kompleksi üzrə təsdiq olunmuş tədbirlər planına əsasən, su oyunlarının baş tutacağı arenaya yeni avtomobil yolunun bağlantı yollarının tikintisi üzrə işlər sürətlə davam etdirilir. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevin sözlərinə görə, Bakı-Ələt magistralının 4-6-cı km-də tikilən bağlantı yollarının ümumi uzunluğu 5711 metrdir. 6 bağlantı yolundan dördü 4, biri 3, biri isə 6 hərəkət zolaqlı olacaq.
P.Mürsəliyev qeyd edib ki, eyni zamanda, Bakı-Ələt yolunun 4-cü km-də - "Bayıl dairəsi" adlanan ərazidə 4 giriş-çıxışlı yeraltı piyada keçidi də inşa olunur: "Keçidin uzunluğu 100, eni 8, hündürlüyü isə 4 metr təşkil edəcək. Hər tərəfdə ikisi olmaqla, 8 eskalator quraşdırılacaq. Keçidin qazıntı işləri yekunlaşıb, üst hissədə beton işləri tamamlanıb. Hazırda keçidin alt hissəsində beton işləri gedir".
ASC rəsmisi bildirib ki, bağlantı yollarının tikintisinə gəlincə, sonuncu qat istisna olmaqla asfalt-beton işlərinin 90 faizi yerinə yetirilib: "Bir bağlantı yolunda hazırda torpaq işləri görülür. Tikinti sahəsinə düşən maneələrin aradan qaldırılmasından sonra işlər daha da sürətlənəcək".
P.Mürsəliyev qeyd edib ki, ümumilikdə layihənin 2015-ci ilin birinci rübündə yekunlaşması gözlənilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Azərbaycan İrana neft ixracını azaldıb
20.01.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi artıb
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info