Azərbaycan və İran gömrük sahəsində əməkdaşlığı genişləndirirlər
Tarix: 30.12.2014 | Saat: 15:47:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) və İran Gömrük Xidməti arasında gömrük sahəsində informasiyaların mübadiləsi və vahid pəncərə sisteminin tətbiqi ilə bağlı memorandum imzalanacaq. İran Gömrük Xidmətinin rəsmi xəbər saytında yer alan məlumata görə, bu məsələ Tehranda iki ölkənin gömrük xidmətləri arasında müzakirə olunub. Məlumatda bildirilir ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi İqbal Babayev və Dövlət Gömrük Komitəsinin Xarici Əlaqələr İdarəsinin rəisi Dilavər Fərzəliyev Tehranda səfərdədir.
Səfər çərçivəsində onlar bir sıra görüşlər keçirib və iki ölkənin gömrük xidmətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələsini müzakirə ediblər.
İqbal Babayev və Dilavər Fərzəliyev bazar günü Tehranın qərbində gömrük postunda olublar.
Qeyd edək ki, İran Gömrük Xidmətinin rəhbəri Məsud Kərbasiyan sentyabrın 29-dan oktyabrın 2-dək Azərbaycanda səfərdə olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info