Misirdəki səfirliyimizdə həmrəylik günü münasibətilə tədbir keçirilib
Tarix: 30.12.2014 | Saat: 15:53:00 | E-mail | Çapa göndər


2014-cü ilin dekabr ayının 28-də Azərbaycanın Misirdəki səfirliyi tərəfindən Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.
Azərbaycanın Misirdəki səfirliyinin yaydığı məlumata görə, səfirlikdə təşkil olunmuş tədbirdə Misirdə yaşayan azərbaycanlılar və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Tədbirin açılışında çıxış edən səfir Ş.Abdullayev Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibətilə tədbir iştirakçılarını təbrik edib və AR Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikinin mətnini qonaqların diqqətinə çatdırıb. Ş.Abdullayev Azərbaycanda 2014-cü ildə görülmüş işlər barədə geniş məlumat verərək, bir sıra uğurlu layihələrin həyata keçirildiyini diqqətə çatdırıb və 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarından söz açaraq, bunun Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib, idmanın və olimpiya hərəkatının Azərbaycanın siyasətinin mühüm bir hissəsi olduğunu vurğulayıb.
Səfir ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, Azərbaycanın 2014-cü ildə “Cənub” qaz dəhlizinin təməlinin qoyulması mərasimini xatırladıb və həmin layihənin Azərbaycanın beynəlxalq rolunu daha da gücləndirməsinin göstəricisi olduğunu diqqətə çatdırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Prezident Novruz bayramı münasibətilə xalqı təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info