Elmin İnkişafı Fondu əsas qrant müsabiqəsini elan edib
Tarix: 30.12.2014 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədilə qrantların verilməsi üzrə əsas müsabiqəsini elan edib.
Fondun mətbuat xidmətindən verilən məlumata görə, müsabiqə elmi-tədqiqat müəssisələrinin, bölmə və mərkəzlərinin və elmlə əlaqəli digər qurumların elmi fəaliyyətini stimullaşdırmaq, maddi-texniki təminatını təkmilləşdirmək, elmin ayrıca götürülmüş sahə və istiqamətlərinin davamlı inkişafını dəstəkləmək, həmçinin qısa müddət ərzində modern elmi cihaz, avadanlıq və qurğularla təchiz olunma yolu ilə əhəmiyyətli elmi nəticələr alınmasına şərait yaratmaq və kadr hazırlığını təmin etmək məqsədi daşıyır. Müsabiqə çərçivəsində kompleks elmi-tədqiqat proqramları üzrə layihələrin və pilot layihələrin böyük maliyyə həcmli qrantlar (100 000 - 500 000 manat) və meqa qrantlar (500 000 manatdan yuxarı), fizika-riyaziyyat və texnika elmləri, Yer haqqında elmlər, kimya elmləri, biologiya, tibb və aqrar elmləri, humanitar və ictimai elmlər sahələrini əhatə edən fundamental-tətbiqi, həmçinin innovasiya xarakterli layihələrin kiçik (10 000 manatadək) və orta (10 000 - 100 000 manat) maliyyə həcmli qrantlar vasitəsilə maliyyələşdirilməsi, xüsusi layihələr (konfrans təşkili, kitab nəşrinin dəstəklənməsi) üzrə kiçik (10 000 manatadək) və orta (10 000 - 100 000 manat) maliyyə həcmli qrantların verilməsi nəzərdə tutulur.
Müsabiqə çərçivəsində qrant maliyyələşdirilməsinin cəmi həcmi 4 200 000 manatdır. Beynəlxalq layihələrə, həmçinin gənc alimlərin iştirak etdiyi, regionlardan təqdim olunmuş layihələrə üstünlük veriləcək.
Müsabiqədə iştirak etmək üçün sənəd qəbulu 2015-ci il yanvarın 5-dən fevralın 27-si saat 17:00-dək qəbul olunacaq.
2014-cü il üçün əsas müsabiqənin elmi ekspertiza işi 2015-ci ilin ikinci rübündə yerinə yetiriləcək. Sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info