Mərkəzi bank 2015-ci ildə faiz dərəcələrinin azaldılması istiqamətində tədbirləri davam etdirəcək
Tarix: 30.12.2014 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


Azərbaycan Mərkəzi Bankı (AMB) 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanat yayıb. AMB-dən verilən məlumata görə, bəyanatda qeyd olunur ki, qlobal iqtisadi mühitdən irəli gələn risklərə baxmayaraq cari ildə ölkədə makroiqtisadi sabitlik və milli iqtisadiyyatın əlverişli xarici mövqeyi qorunub, inflyasiya aşağı təkrəqəmli səviyyədə saxlanılıb, manat bir daha özünü sabit valyuta kimi təsdiq edib: “Mərkəzi Bank valyuta bazarındakı proseslərə çevik reaksiya verərək burada tarazlığı təmin edib. 2014-cü ildə iqtisadi tsikldəki meylləri nəzərə alaraq Mərkəzi Bank pul siyasətini yumşaldıb. İl ərzində dayanıqlı maliyyə sabitliyi təmin olunub, bank sektorunun iqtisadi artımda və investisiya fəallığının dəstəklənməsində rolu daha da artıb, maliyyə xidmətlərinə və resurslarına çıxış imkanları genişlənib”.
Bəyanatda bildirilib ki, 2015-ci ilin pul və məzənnə siyasəti qlobal iqtisadi risklər, milli iqtisadiyyatın strateji inkişaf çağırışları nəzərə alınmaqla həyata keçiriləcək. Eyni zamanda pul siyasətinin həm inflyasiya, həm də deflyasiya risklərinə çevik reaksiyası təmin ediləcək. “Bu reaksiyanın xarakteri və miqyası inflyasiyaya təsir göstərən tələb və təklif amillərindən asılı olaraq dəyişəcək. Sosial rifahın və investisiya aktivliyinin qorunmasında mühüm rolunu nəzərə alaraq 2015-ci ildə də manatın məzənnəsinin sabitliyi mühüm prioritet olacaq. İqtisadi situasiyadan asılı olaraq iqtisadi artıma effektiv dəstək vermək üçün pul siyasətinin çevikliyi artırılacaq, bu siyasətin strateji çərçivəsinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcək”, - deyə bəyanatda vurğulanır.
AMB növbəti ildə bank sektorunda maliyyə sabitliyinin təmin olunması üçün prudensial nəzarəti gücləndirəcək, kontrtsiklik tənzimləməni davam etdiriləcək. Bundan başqa, 2015-ci ildə də biznes kreditlərinə çıxış imkanlarının genişləndirilməsi, real sektorun kreditləşdirilməsinin stimullaşdırılması, bank-maliyyə infrastrukturunun inkişafı mühüm prioritetlər olacaq. Mərkəzi bank faiz dərəcələrinin azaldılması istiqamətində tədbirləri davam etdirəcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
21.11.2018
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
21.11.2018
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb
21.11.2018
Prezident İlham Əliyev Türkmənistana rəsmi səfərə gedib
21.11.2018
Yevlax və Gəncədə sahibkarlar üçün seminar keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info