Ermənistanda beynəlxalq ehtiyatlarla bağlı ən aşağı göstərici
Tarix: 30.12.2014 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


Ermənistanın beynəlxalq valyuta ehtiyatları 2013-cü ilin noyabrına olan göstəricilərlə müqayisədə 25 faiz azalıb.
“Azadlıq” radiosunun erməni redaksiyasının (“Radio Azatutyun”) yaydığı məlumata görə, Ermənistanın beynəlxalq ehtiyatları 2 milyard 20 milyon dollardan 1 milyard 537 milyon dollara düşüb.
İqtisadçı Vahan Xaçatryan bildirib ki, bu, 2009-cu ildən bəri ən aşağı göstəricidir və Ermənistanın nüfuzuna ciddi zərbə vurur: “Nəticə olaraq, bu, ona gətirib çıxarır ki, ölkə ödəmək qabiliyyətindən məhrum hesab olunur. Yəni Ermənistanla maliyyə sahəsində iş görən beynəlxalq təşkilatlar və ya ölkələr əməkdaşlığı kəsə bilərlər. Məsələn, bu il 280 milyon dollar və ya daha artıq kredit verilməsi planlaşdırılır. O kreditin məbləği ya azaldılacaq, ya da olmayacaq”.
Ermənistanın Mərkəzi Bankı hələ bu ilin dekabrına olan göstəriciləri açıqlamayıb. Bununla belə, V. Xaçatryanın sözlərinə görə, gələn ilin əvvəllərində Ermənistanın beynəlxalq ehtiyatlarının artması üçün heç bir əsas yoxdur. İqtisadçının fikrincə, milli valyutanın möhkəmlənməsində də optimizmə əsas yoxdur: “Hər halda, iqtisadiyyatda daxili və xarici planda yaranmış vəziyyət xoşagələn deyil. Ötən həftə ərzində yenidən dramın devalvasiyası baş verdi”.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
“Rusiya Ermənistanın iki kürsüdə oturmaq cəhdinə dözməyəcək”
19.02.2019
“İran Avrasiya İttifaqına qoşulacaq”
19.02.2019
“Suriya və İraqdan qaçan terrorçular Əfqanıstanda terror xabı yaradır”
18.02.2019
Köçəryanın oğluna qarşı cinayət işi qaldırılıb
18.02.2019
Mer seçkisində Paşinyanın namizədi məğlub oldu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info