Gömrükçülər külli miqdarda pirotexniki vasitələr aşkarlayıblar
Tarix: 30.12.2014 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


Bayram günləri öncəsi mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi yüksək səs-küylə müşayiət olunan, insan sağlamlığı üçün təhlükə törədən pirotexniki və tezalışan malların Azərbaycan Respublikasının gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhdlər artır və bu kimi halların qarşısı qətiyyətlə alınır.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Gömrük Hüquqpozmalarına Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən “Sədərək” Ticarət Mərkəzi ərazisində Nəzərov Məftun Adil oğluna məxsus “Ford Transit” markalı nəqliyyat vasitəsindən külli miqdarda, cəmi 378000 ədəd müxtəlif markalı pirotexniki vasitələr-petardalar aşkar olunaraq götürülmüşdür.
Xaçmaz Gömrük İdarəsi əməkdaşları tərəfindən isə külli miqdarda dərman preparatlarının ölkəyə gətirilməsinin qarşısı alınıb. “Samur” Gömrük Postunda Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn yük avtomobilindən Azərbaycan Respublikası vətəndaşı Yusifov Naib Əliastan oğlunun gömrük orqanına bəyan etmədiyi 31200 konvalyut dərman preparatları aşkar edilərək götürülmüşdür.
Hər iki faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info