Gələn ildən yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr onlayn ödəniləcək
Tarix: 30.12.2014 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


Azərbaycanda 2015-ci ilin yanvarından yol hərəkəti qaydalarının (YHQ) pozulmasına görə cərimələrin onlayn ödənilməsi xidmətinin tətbiqi gözlənilir. Bu barədə "Avtomatlaşdırılmış sistemin yaradılması" layihəsinin rəhbəri Cəmil Şirinov bildirib. Layihə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
Onun sözlərinə görə, YHQ pozulmasına görə cərimələrin ödənilməsi “terminal.az” və “vəsait.az” internet resurslarının köməyi ilə mümkün olacaq. C.Şirinov bildirib ki, hazırda proqramı təşkil edən sistem istismara tam hazırdır. Cərimələrin “vəsait.az” resursunun köməyi ilə ödənilməsi üçün GoldenPay ödəniş sistemindən istifadə olunacaq. Layihə çərçivəsində YHQ pozulmasına görə cərimələrin bank və kredit kartları, SMS, eləcə də ödəniş terminalları vasitəsilə internetin köməyi ilə ödənilməsi imkanlarına baxılması nəzərdə tutulur. Saytda qeydiyyatdan keçərkən avtonəqliyyat vasitəsinin sahibi “şəxsi kabinet”ə giriş imkanı əldə edəcək. O, burada YHQ pozuntusu, foto və videomateriallarla ətraflı tanış olacaq. Bundan başqa, cəriməni Daxili İşlər Nazirliyinin internet səhifəsində də ödəmək mümkün olacaq: "YHQ pozulması video-müşahidə kameraları tərəfindən qeydə alınacaq. Sürücünün YHQ pozması hadisə yeri göstərilməklə, fotoşəkillər və videomateriallar əlavə olunmaqla onun elektron ünvanına göndəriləcək".
Sürücünün operativ şəkildə xəbərdar edilməsi üçün SMS-lə məlumat verilməsi də nəzərdə tutulur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info