Şəkidə daha bir uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib
Tarix: 30.12.2014 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Şəki şəhərindəki 9 nömrəli uşaq bağçası əsaslı təmirdən sonra yenidən qapılarını körpə fidanların üzünə açıb.
Bu münasibətlə keçirilən mərasimdə son illər rayonda məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə danışılıb. Bildirilib ki, bu, əlamətdar bayramlar ərəfəsində Şəki şəhərində əsaslı təmir olunaraq istifadəyə verilən ikinci uşaq bağçasıdır.
Qeyd olunub ki, bundan əlavə, hazırda Şəki şəhərində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın cəmiyyətə təqdim etdiyi “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində hər biri 100 yerlik daha üç uşaq bağçasının tikintisi davam etdirilir. Bu uşaq bağçalarının 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.
Bildirilib ki, 1979-cu ildən fəaliyyət göstərən bu uşaq bağçası indiyədək əsaslı təmir olunmayıb. Bağçada dövlət vəsaiti hesabına əsaslı təmir işlərinə ötən ilin dekabrında başlanılıb.
Bağçanın açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları binada yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, bağçada 6 qrupda 120 uşaq təlim-tərbiyə alır. Bağça yeni inventar və avadanlıqla da təmin olunub, həyəti abadlaşdırılıb.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Salyanda Nəsiminin 650 illik yubileyi qeyd edilib
20.04.2019
Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb
20.04.2019
Bu günün havası - Yağış hələ yağacaq...
20.04.2019
Lerik və Yardımlı rayonlarına qar yağıb
19.04.2019
Aprelin 22-dən problemli krediti olan şəxslərə kompensasiya ödənişlərinin verilməsinə başlanacaq

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info