Ədliyyə Nazirliyində qulluğa qəbul olunan gənclərlə görüş keçirilib
Tarix: 30.12.2014 | Saat: 18:04:00 | E-mail | Çapa göndər


Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı açıq və şəffaf müsabiqələrin keçirilməsi davam etdirilərək, kadr korpusunun yeni nəsil gənclərlə möhkəmləndirilməsi üzrə zəruri tədbirlər görülür. Bu barədə nazirlikdən məlumat verilib.
Bu müsabiqələrdə iştirakla bağlı müraciət edən namizədlərin imtahanlara mükəmməl hazırlaşmalarına və yüksək nəticələrə nail olmalarına köməklik məqsədilə əvvəlcədən Ədliyyə Akademiyasında hazırlıq kursları təşkil edilir, şəffaflığın tam təmin olunması üçün lazımi şərait yaradılaraq test imtahanları internetdə "on-line" rejimində canlı yayımlanır, imtahanlar vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən müşahidə olunur.
Uğur qazanmış namizədlər peşə fəaliyyətinə buraxılış məqsədilə icbari təlimə cəlb edilir və sonuncu müsabiqə üzrə təlimin müddəti artırılaraq tədrisin daha əhatəli təşkil edilməsinə nail olunub, o cümlədən namizədlər mədəni tədbirlərə cəlb ediliblər.
Növbəti müsabiqənin bütün mərhələlərindən uğur qazanaraq qulluğa qəbul edilmiş 50-yə yaxın hüquqşünasla Ədliyyə Nazirliyi rəhbərliyinin görüşü keçirilib.
Onlar əvvəlcə Fəxri xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri düzüb, dahi öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Nazirlikdə keçirilmiş tədbirdə nazir Fikrət Məmmədov çıxış edərək ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sisteminin inkişafı və müasirləşdirilməsi üzrə görülən işlərdən ətraflı danışıb, qulluğa qəbul olunan hər bir şəxsdən dövlətçiliyə sədaqətlə xidmət etməsi, məsuliyyət, insanlara qayğılı münasibət göstərilməsi kimi əsas meyarların tələb olunduğunu diqqətə çatdırıb, stajorlara vəzifələrini layiqincə yerinə yetirmələri barədə tövsiyələrini verib.
Çıxış edən gənc ədliyyə işçiləri müstəqil Azərbaycanın daha da tərəqqisi naminə əzmlə çalışacaqlarını, ümummilli liderin dövlət gənclər siyasətini uğurla davam etdirən ölkə başçısına layiqli yardımçı olacaqlarını vurğulayaraq, ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına və daim uca tutacaqlarına söz veriblər.
Daha sonra təyinat almış yeni əməkdaşlar Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə təntənəli qaydada and içiblər və onlara xidməti vəsiqələr təqdim edilib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info