Vətəndaşlığa qəbul edilən şəxslər sədaqət andı içəcəklər
Tarix: 30.12.2014 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


Azərbaycan vətəndaşlığına qəbul edilmiş və ya vətəndaşlığa bərpa edilmiş, 14 yaşı tamam olmuş şəxslər Azərbaycanın dövlət dilində Azərbaycan Respublikasına sadiq qalacaqları barədə and içəcəklər. Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişikliklərdə nəzərdə tutulur.
Dəyişikliklər haqqında məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanuna əlavə edilən 15.1-ci yeni maddəyə görə, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və ya vətəndaşlığa bərpa edilmiş və 14 yaşı tamam olmuş şəxs Azərbaycanın dövlət dilində Azərbaycan Respublikasına sadiq qalacağı barədə aşağıdakı məzmunda and içir: “Mən, (Soyadı, Adı, Atasının adı) Azərbaycan Respublikasının vətəndaşı olaraq hər hansı xarici dövlət qarşısında onun vətəndaşlığı ilə bağlı öhdəliklərimin olmadığına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olacağıma, Azərbaycan dövlətinə sədaqətlə xidmət edəcəyimə, onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyacağıma, Azərbaycan Respublikasının adət-ənənələrinə və mədəniyyətinə hörmət edəcəyimə and içirəm”. Dəyişikliklərə əsasən, andiçmə təntənəli şəraitdə Azərbaycanın Dövlət Bayrağı önündə Konstitusiyaya əl basmaqla həyata keçirilir. And içən Azərbaycan vətəndaşı andın mətnini imzalayır və bu sənəd müvafiq icra hakimiyyəti orqanında saxlanılır.
Qanuna təklif olunan dəyişikliklər müzakirələrdən sonra qəbul edilib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.03.2019
Abşeronlular Novruz bayramını əsgərlərlə bir yerdə qeyd ediblər
21.03.2019
Naxçıvanda yeni məscid inşa olunur
21.03.2019
Qarabağa şölə saçan Novruz tonqalları
20.03.2019
Əcnəbi tələbələr: Novruz bayramı Naxçıvanda daha möhtəşəm keçirilir
19.03.2019
Lənkəranda kimsəsiz uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


22.03 09:12 AFR bundestaqının büdcə komitəsi martın 20-də sabiq prezidentlərə və kanslerlərə xidmət göstərən heyətin ixtisar edilməsi, habelə sabiq prezidentlərin və kanslerlərin əlavə gəlirlərinin olması müəyyən edilsə, onların pensiyalarının məbləğinin azaldılması barədə qərar qəbul edib. AZƏRTAC xəbər verir ki, istefada olan dövlət başçısının sərəncamında yalnız bir sürücü, bir dəftərxana işçisi, iki yardımçı referent və bir katib qalacaq. Səfərləri zamanı sabiq dövlət başçısının komandasının deyil, yalnız özünün pulu büdcədən ödəniləcək. Pensiyalara əlavələr olanda “sabiqlərin“ əlavə gəlirləri nəzərə alınacaq. Bundestaqda gizlətmirlər ki, deputatları bu addımı atmağa ölkənin sabiq kansleri Gerhard Şröderin “Qazprom“la münasibətləri sövq edib.
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info