Marneulidəki azərbaycanlı şagirdlər bayram tədbiri keçirib
Tarix: 30.12.2014 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) Gənclər şöbəsinin əməkdaşları Marneuli rayon, Tsopi kənd orta məktəbinin təşkil etdiyi Yeni il şənliyində iştirak etdilər. Tədbiri açan Tsopi orta məktəbinin direktoru Həsən Əzizov məktəb kollektivinə və şagirdlərə ilin yekunlarını söyləyib: "Məktəbimizin çox acıncaqlı vəziyyətilə bağlı hər biriniz əziyyət çəkirsiniz, dərs keyfiyyəti bu şəraitdə o qədər də qaneedici olmamasına baxmayaraq müəllim və şagird kollektivi dərs davamiyyətinə riayət edərək çətin şəraitdə də olsa dərslərdə iştirak edirlər. Yeni 2015-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstandakı nümayyəndəliyi söz verib ki, bizim məktəbi əsaslı təmir edəcək. Buna görə onlara öz təşəkkürümü bildirirəm. Son zamanlar məktəbimizə dövlət tərəfindən də diqqət danılmazdır, bu günlərdə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin əməkdaşları bayram hədiyyələri ilə məktəbimizə gəlməsi də bizə olan qayğının göstəricisidir. Azərbaycanlıların Mədəniyyət Mərkəzi hər zaman bizim məktəbi diqqətdə saxlayır, bu gün də əməkdaşların iştirakı bizim üçün önəmlidir.
AMM-Gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva çıxışında məktəbin bina probleminin gələn həll olunması xəbərilə bağlı sevindiyini bildirərək qeyd edib: "Sizin məktəbinizin müsbət xəbərlərini hər zaman alırıq və sevinirik. Məktəb binasının acınacaqlı olmasına baxmayaraq burada çalışan müəllimlərin peşəkarlığının nəticəsidir ki, məktəbin məzunları Tbilisinin Ali Təhsil Ocaqlarına qəbul olub, yüksək göstəricilərlə təhsil alıb vətənimiz üçün layıqli vətəndaş kimi böyüyürlər.Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə bağlı səmimi qəlbdən təbrik edirəm. Dərslərinizə diqqət yetirin ki, kəndinizi, şəhərinizi, ölkənizi və millətinizi layıqincə təmsil edə biləsiniz."
Sonra AMM-Gənclər şöbəsi tərəfindən şagirdlərə bayram hədiyyələri, süvenirlər və kitablar hədiyyə olunub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info