Ukraynada azərbaycanlı tələbələr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd ediblər
Tarix: 30.12.2014 | Saat: 20:41:00 | E-mail | Çapa göndər


31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbirlər dünyanın müxtəlif ölkələrində qeyd edilib. Belə tədbirlərdən biri Ukraynanın Krivoy Rog Milli Universitetində təşkil olunub. Azərbaycanlı tələbələrin təşkilatçılığı və ali məktəbin müəllim-tələbə heyətinin iştirakı ilə keçirilən tədbirdə müxtəlif türk xalqlarının nümayəndələri bir araya gəlib.
İlk olaraq universitetin rektoru və prorektoru bayramla bağlı öz təbriklərini çatdırıblar. Daha sonra tədbirdə çıxış edən Zəngin Azərbaycan Uğrunda Mübarizə İctimai Birliyinin sədr müavini Samir Orucov bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızın respublikamızla əlaqələrinin, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin möhkəmləndirilməsi işində mühüm rol oynayır. O, qeyd edib ki, Dünya azərbaycanlıları tərəfindən Həmrəylik Gününün qeyd edilməsi artıq bir zərurətə, mənəvi ehtiyaca çevrilib: “Dünya azərbaycanlılarının birliyi, soydaşlarımızın həmrəyliyi ideyası məhz ümummilli lider Heydər Əliyevin xalqımıza və vətənimizə göstərdiyi tarixi xidmətlərdən biridir. Bu əlamətdar gün dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq soydaşımızın respublikamızla əlaqələrini möhkəmləndirmək, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır”.
Azərbaycanlı tələbə Şölə Ramazanlının ifa etdiyi “Azərbaycan mahnısı böyük rəğbətlə qarşılanıb. Türkmənistanlı tələbə Səlbi Otuzova Türkmənistan mahnısı ilə çıxış edib. Sonda isə mahnı sədaları altında rəqs ediblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info