Tetçerin Qorbaçov haqqında Reyqana yazdıqları açıqlanıb
Tarix: 30.12.2014 | Saat: 22:43:00 | E-mail | Çapa göndər


Böyük Britaniya Milli Arxivinin dünən açıqlanan məxfi sənədləri bu ölkənin sabiq baş naziri Marqaret Tetçerlə SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovun tanışlıq tarixçəsinə işıq salıb. “France-Presse”in xəbərinə görə, Qorbaçov Böyük Britaniyaya ilk dəfə 1984-cü ildə - Sov. İKP MK-nın baş katibi olmazdan dörd ay əvvəl səyahət edib. Tetçer ABŞ-ın o vaxtkı prezidenti Ronald Reyqana məktubunda Qorbaçovu gülərüz, xoşagələn və yumor hissinə malik şəxs kimi xarakterizə edib: “O, özünü kifayət qədər açıq və başa düşən kimi aparır. Əminəm ki, onunla iş görmək olar. O, sözün əsl mənasında mənim xoşuma gəldi”. Xanım baş nazir kövrək qeydlərinə həmsöhbətinin reaksiyasını da təsvir edib: “Aydın şəkildə göründü ki, məndən Sovet İttifaqında insan haqlarının durumuna dair suallar gözləmirdi”. Açıqlanan sənədlərdə Mixail Qorbaçovun xanımı Raisa Qorbaçovaya da dair məlumatlar yer alıb. Belə ki, səfər zamanı R.Qorbaçova ölkənin ən yaşı zərgərlik mağazalarından birinə daxil olaraq, brilyant və yaqutla bəzədilmiş qızıl sırğalar alıb.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info