Mərkəzi Bank cari ildə iqtisadiyyatın 4,4 faiz artacağını proqnozlaşdırır
Tarix: 05.01.2015 | Saat: 15:55:00 | E-mail | Çapa göndər


Cari ildə Azərbaycan iqtisadiyyatında artım davam edəcək, dövlətin strateji inkişaf proqramlarının həyata keçirilməsi iqtisadi artıma təsir edən mühüm amillərdən biri olacaq. İqtisadiyyatın şaxələnməsində qeyri-neft sektorunda investisiya fəallığı və ixrac potensialının reallaşdırılması mühüm rol oynayacaq.
Bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, 2015-ci ildə ölkənin xarici iqtisadi mövqeyi əlverişli qalacaq. Ölkə iqtisadiyyatının makroiqtisadi sabitliyi təmin edən yüksək maliyyə dayanıqlığı qorunacaq. Mövcud makroiqtisadi proqnozlar çərçivəsində tədiyyə balansının cari əməliyyatlar hesabının profisitli olması gözlənilir.
2015-ci ildə iqtisadi artımın 4,4 faiz təşkil etməsi proqnozlaşdırılır. İqtisadi artım əsasən qeyri-neft sektoru hesabına təmin ediləcək, qeyri-neft sektoru üzrə artım proqnozu 8,2 faiz təşkil edir. İqtisadi artımda daxili tələbin rolu əhəmiyyətli səviyyədə qalacaq. Proqnozlara görə, 2015-ci ildə daxili investisiyalar 6,1 faiz, əhalinin pul xərcləri isə real olaraq 5,2 faiz artacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info