İKT-nin gənclərin müasir həyatında rolu müzakirə olunub
Tarix: 05.01.2015 | Saat: 16:01:00 | E-mail | Çapa göndər


“Azərbaycan–Avropa Gənclərinin Əməkdaşlığı” İB Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Şəki, Mingəçevir və Qəbələ şəhərlərində “İnformasiya texnologiyalarının gənclərin müasir həyatında rolu” adlı layihə icra edir. Layihənin əsas məqsədi gənclərə İKT-nin son nailiyyətləri haqda məlumat vermək və gəncləri bu nailiyyətlərdən düzgün istifadə etməyə çağırmaq və bu sahədə onlarda lazımı biliklərin və vərdişlərin yaranmasına kömək etməkdir.
Layihə çərçivəsində ilk görüş Şəki və Qəbələ şəhərlərinin gəncləri ilə baş tutub. Görüşlərdə İKT-nin son nailiyyətləri haqqında gənclərə məlumat verilib, informasiya texnologiyalarının gənclərin həyatında rolu müzakirə olunub və müxtəlif fikirlər söylənilib. Müvafiq Gənclər və İdman idarələrinin əməkdaşlarının iştirak etdiyi görüşlərdə qarşılıqı fikir mübadiləsi və təkliflər irəli sürülüb. Layihə üzrə son görüş yanvar ayında Mingəçevirdə şəhərində keçiriləcək. Burada da region gənclərinə İKT-nin inkişafı haqqında məlumatlar, broşurlar təqdim olunacaq. Layihənin 1 fevral 2015-ci ildə yekunlaşdırılması planlaşdırılır.

Fuad







 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Paytaxtın bəzi rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq
22.01.2019
Gələcəkdə “BakıKart”ların balansının onlayn artırılması mümkün olacaq
22.01.2019
“Bakcell”dən 6 bölgənin sakinlərinə 5 GB PULSUZ İnternet!
22.01.2019
Azərbaycanda tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza formalaşdırılıb
22.01.2019
Mübariz Qurbanlı şimal bölgəsindən olan sakinlərin müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info