ABŞ ölkəmizdən neft məhsullarının idxalını artırıb
Tarix: 05.01.2015 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


2014-cü ilin yanvar-oktyabr aylarında ABŞ Azərbaycandan 373 min barel neft məhsulları idxal edib. 2013-cü ilin analoji dövründə bu göstərici 336 min barel təşkil edib. Bu barədə ABŞ-ın Dövlət Enerji İnformasiya İdarəsi (EIA) məlumat yayıb.
Oktyabrda ABŞ cəmi 14 min barel neft məhsulları idxal edib. 2013-cü ilin oktyabrında isə bu göstərici 30 min barel idi.
Məlumata görə, idxal edilmiş məhsulların bütün həcmi neft-kimya sənayesində xammal kimi istifadə olunan naftanın payına düşür.
ABŞ 2013-cü ildə Azərbaycandan 366 min barel neft məhsulları idxal etmişdi. 2012-ci ildə bu rəqəm 46 min barel idi.
2009-cu ildən davam edən uzunmüddətli aralıqdan sonra ABŞ inişil Azərbaycandan neft məhsullarının tədarükünü bərpa edib. 2008-ci ildə ABŞ-a 308 min barel Azərbaycan istehsallı neft məhsulları tədarük olunub.
Qeyd edək ki, Azərbaycanda neft məhsulları iki neft emalı zavodunda (NEZ) istehsal olunur. Həmin zavodların ümumi gücü ildə 16 milyon ton təşkil edir. Hər iki NEZ ARDNŞ-nin balansındadır. Bu yaxınlarda "Azneftyağ" NEZ ləğv edilərək Heydər Əliyev adına neft emalı zavodunun tərkibinə daxil edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb
13.11.2018
Heydər Əliyev Beynəlxalq Aeroportu 3,8 milyon sərnişinə xidmət göstərib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info