Gəncədə Cavad xanla bağlı anım mərasimi
Tarix: 05.01.2015 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


Gəncənin bəylərbəyi, Qacar tayfasından sonuncu hakim Ziyadoğlu Cavad xanın çar Rusiyasının işğalçılarına qarşı qeyri-bərabər döyüşdə şəhid olmasının 211 illiyi münasibətilə ənənəvi anım mərasimi keçirilib . Şəhər rəsmilərinin, ziyalılar, geniş ictimaiyyət nümayəndələri qəhrəmanlığı ilə Azərbaycan tarixinin ən şanlı səhifələrindən birini yazan Cavad xanın Məqbərəsi önünə tər gül-çiçək dəstələri qoyaraq, ehtiramlarını bildiriblər.
Tədbirdə Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov, AMEA-nın Gəncə bölməsinin akademik katibi Fuad Əliyev çıxış edərək, Cavad xanın qəhrəmanlığından, keçdiyi həyat yolundan geniş söhbət açıb, onun bütün əsrlər üçün vətənpərvərlik nümunəsi olduğunu vurğulayaraq, Gəncə şəhər İcra Hakimiyyətində Cavad xanın xatirəsini əbədiləşdirmək üçün görüləcək işlərdən danışıblar. Qeyd edək ki, 1786-cı ildən 1804-cü ilə qədər Gəncəni idarə edən Cavad xan rus imperiyasının generalı Pavel Sisianovun başdan-ayağa silahlanan ordusunun mühasirəsində bir aydan artıq qalaraq, Gəncəni işğalçılara təslim etməmək üçün qeyri-bərabər döyüşdə oğulları Uğurlu və Hüseynqulu ilə birlikdə qəhrəmancasına həlak olub. Düşmən yalnız onların meyidi üstündən keçərək Gəncəyə daxil ola bilib. Cavad xanın qəhrəmanlığı Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri kimi əbədi anılmağa layiqdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info