Hemofiliyalı xəstələrə ilkin tibbi yardım yaşadıqları ərazilərdə göstəriləcək
Tarix: 05.01.2015 | Saat: 21:27:00 | E-mail | Çapa göndər


Bu ilin yanvar ayından başlayaraq Azərbaycanda hemofiliyalı xəstələrə ilkin tibbi yardım onların yaşadıqları rayon və şəhərlərdə göstəriləcək. Bunun üçün həmin xəstələrin Bakıya gəlməsinə ehtiyac qalmayacaq.
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova deyib ki, səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə keçən il hər bir rayonda xüsusi təkmilləşdirmə kurslarında iştirak etməklə bir hematoloq və bir tibb bacısı hazırlanıb. Həmin tibb işçiləri şəhər və rayonların mərkəzi xəstəxanalarında fəaliyyət göstərəcəklər.
G.Hüseynova bildirib ki, artıq Şirvan və Gəncədə Hemofiliya və Talassemiya mərkəzləri yaradılıb. Hemofiliyalı və talassemiyalı xəstələrin dərmanla təminatı, eləcə də talassemiyalı xəstələrə qan köçürülməsi bu mərkəzlərdə həyata keçirilir. Bu il ərzində Quba, Lənkəran və Mingəçevirdə belə mərkəzlər yaradılacaq.
Qeyd edək ki, Azərbaycanda 1500-ə yaxın hemofiliyalı xəstənin 350 nəfəri 18 yaşına qədər olan uşaqdır. Xəstələrin 700 nəfərinin 18-40 yaşı var. Xəstələrin 50 faizi məktəbəqədər və məktəbyaşlı uşaqlardır. Hemofiliyalı xəstələrin 40 faizinin vəziyyəti ağır, 35 faizinin vəziyyəti orta-ağır, qalanlarının isə vəziyyəti yüngüldür.
Fuad




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Zaqatalada 171 nəfər könüllü qan verib
15.07.2019
Əlillərin metrodan istifadəsi üçün xüsusi xidmət fəaliyyətdədir
13.07.2019
Bu ilin 6 ayı ərzində Dövlət Məşğulluq Xidməti 54 minə yaxın şəxsi işlə təmin edib
13.07.2019
Ağdamda şəhid ailəsi üçün tikilən ev istifadəyə verilib
13.07.2019
“Kənddən şəhərə” satış mərkəzinin Əhmədli filialı istifadəyə verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info