“The Guardian“: “ABŞ internetə qarşı daha aqressiv siyasət aparır”
Tarix: 05.01.2015 | Saat: 21:43:00 | E-mail | Çapa göndər


“Rusiya və Çin, özlərinin vətəndaşları tərəfindən onların öz ərazilərində yaradılmış məlumatlara çıxış imkanı əldə etmək istəyir, ABŞ isə harda yaradılmasından asılı olmayaraq, amerikan şirkətlərinin işlədiyi informasiyaları ələ keçirməyə çalışır”

Böyük Britaniyanın "The Guardian"nəşri “İnternet azadlığının əsl düşməni kimdir – Çin, Rusiya, yoxsa ABŞ?” başlığı altında, internet azadlığını dünyada ən çox məhdudlaşdıran ölkə barəsində maraqlı yazı yazıb. Yazıda bildirilir: “Moskva və Pekin, öz vətəndaşlarının internet və informasiyaya çıxışını məhdudlaşdırdıqlarına görə sərt bir şəkildə tənqid hədəfinə gəlirlər. Amma ABŞ özünün rəqəmsal suverenitetini saxlamaq üçün daha aqressiv siyasət aparır. Çinin “Gmail”ə yeni məhdudiyyətlər tətbiq etməsi ilə bağlı az öncə yayılan məlumat kimisə təəccübləndirmədi. Çin istifadəçiləri “Gmail”ə artıq bir neçə ildir girə bilməmələrinə baxmayaraq, onlarda “Gmail”in daha çox yeni funksionalı sayılan “Outlook” və “Apple Mail”ə girmək imkanı vardı. Amma indi bu yol da bloklanmış durumdadır. İndi Çin istifadəçiləri bu yeni qadağanı aşmaq üçün daha qabaqcıl instrumentlərə əl atmalıdırlar. Kimlər ki bu barədə ağır akrobatik tryuklara getməyəcək, onlar sadəcə, hansısa Çin şirkətinin servisinə keçməli olacaqlar. Bu isə elə Çin hökumətinin istədiyidir.
Bu cür qadağalar Çinin öz texnoloji suverenitetini qorumaq, Çin vətəndaşlarının ABŞ kommunikasiya xidmətlərindən asılılığını azaltmaq cəhdləridir. Ümumiyyətlə, texnoloji suverenlik konsepsiyası 2015-ci ildə ən vacib və diskussional doktrinalardan biri sayılır.
Burada söhbət təkcə Çindən getmir – Rusiya hökuməti də bənzər proqram üzərində işləyir. Ötən ilin yayında bu barədə qəbul edilmiş yeni qanun, internet şirkətlərindən Rusiya serverlərindəki bütün Rusiya istifadəçilərinin məlumatlarını qorumağı tələb edir. Bu isə artıq “Google” şirkətini Moskvada öz mühəndis-texniki xidmətini bağlamağa məcbur edib. Az öncə “Facebook “ Kremlin müxalifət lideri Aleksey Navalnıyın tərəfdarlarının səhifəsini bağlamaq xahişinə müsbət cavab verdi. Bu isə ondan xəbər verir ki, hökumətlər öz vətəndaşlarının şəbəkələrdə fəaliyyəti üzərində nəzarəti gücləndirirlər.
Amma Çin hökumətinin fəaliyyəti “Google”un dünya miqyasında yenilməsinə təsir etməyib – şirkət genişlənməkdə davam edir. Cənubi Amerika dövlətləri ABŞ Milli Təhlükəsizlik qüvvələrinin izləməsi ilə mübarizə aparmaq üçün plan üzərində işləyirlər. Bu plan onlara ABŞ-dan asılılığı azaltmağa imkan verəcək. “Google” Braziliya və Floridanı birləşdirmək üçün sualtı kabel çəkilişinə 60 milyon dollar yatırıb.
Buradan görünür ki, Rusiya, Çin, Braziliya kimi ölkələr sadəcə, ABŞ-ın bu sahədə fövqaladə aqressiv siyasətinə reaksiya verirlər. ABŞ isə qətiyyən özünün bu sahədə fəaliyyətinə irad tutmur və bildirir ki, neytral, kosmopolit internet həqiqətən mövcuddur, ondan yayınmaqla bağlı hər hansı cəhdlər sadəcə məhdudlaşdırıcı xarakter daşıyır. Halbuki, bu sahədə ABŞ asılılığından qurtulmaq istəyən ölkələr öz fəaliyyətlərini məhdudlaşdırma yox, deamerikanlaşma hesab edirlər. Amerikan şirkətləri isə bu layihədə yetərincə əks rol oynayırlar. Bir tərəfdən onlar digər ölkələri əhatə edən çoxfunksiyalı və effektiv infrastruktur yaradırlar ki, həmin ölkələrin qurtulması çətin asılılığınıa nail olsunlar. Məhz bu şirkətlər amerikan modernləşmə proqramından qalma əsas hərəkətverici rolunu oynayırlar.
Digər tərəfdən, bu şirkətlər sırf amerikan imperiyasının agentləri də hesab edilməməlidir. Edvard Snoudenin açıqlamasından sonra amerikan biznesi və dövləti arasında sıx əlaqələr aşkarlansa da, bu şirkətlər hər zaman öz müstəqilliklərini göstərməyə məcbur olurlar, halbuki onların maraqları bir çox hallarda Vaşinqtonun maraqları ilə üst-üstə düşür. Bu aydınlaşdırır ki,nəyə görə Selikon Vadisi Obama administrasiyasının şəxsi informasiyanın internetdə qorunması və izlənməsinə münasibətdə addımlarına qarşı çıxırmış - əgər internet şirkətlərinin reputasiyası korlanarsa, onlar müflis olarlar.

“Texnoloji suverenlik konsepsiyası 2015-ci ildə ən vacib və diskussional doktrinalardan biri sayılır”

ABŞ-ın texnoloji suverenitet sahəsində riyakarlığının miqyasını anlamaq üçün “Microsoft” və ABŞ hökuməti arasındakı konflikti misal çəkmək yetər. Bu, elektron məktubların tərkibi ilə bağlıdır. Bu məktublar təhqiqat üçün vacibdir və onlar “Microsoft”un İrlandiyadakı serverlərində saxlanılır. ABŞ prokurorluğu iddia edir ki, amerikan hökuməti bu kontentə çıxış imkanına malikdir, bunun üçün şirkətə sorğu göndərmək yetər, burada məlumatların, məktubların xarici ölkədə yerləşməsi vacib deyil. Bu informasiyanı almaq üçün Vaşinqton üçün uzun və ağır proseduru keçmək tələb olunur . Bunun üçün hökumətlər arasında ikitərəfli razılaşmalar nəzərə alınmalıdır. Amma bu dəfə ABŞ hökuməti bu prosedurdan yan keçmək istəyir və bu məlumatları əldə etməyi, xarici ölkələrə dəxli olmayan öz daxili işi sırasında görür. Bu məlumatlar kiberməkanda saxlanılır və onun heç bir sərhədi yoxdur. Hökumət təsdiq edir ki, bu məlumatların saxlanıldığı yerin heç bir önəmi yoxdur, önəm odur ki, onları saxlayanlar harda yerləşir – onu saxlayanlar və əldə edənlər isə “Microsoft”un işçiləridirlər, onlarsa ABŞ ərazisindədirlər. İndi “Microsoft” və digər texnologiya nəhəngləri ABŞ hökuməti ilə məhkəmə çəkişmələrindədirlər – hələ ki uğur qazanmayıblar, amma bu işdə onları İrlandiya dövləti və Avropa siyasətçiləri dəstəkləyirlər.
Beləliklə, ABŞ hökuməti məlumatın hansı ölkədə yerləşməsindən asılı olmayaraq, əgər onu amerikan şirkəti saxlayırsa, ona çıxış imkanı tələb edir.
Əgər Çin hökuməti, çinlilərə məxsus “Xiaomi” və ya “Lenovo”nun işlədiyi, Londonda, Nyu-Yorkda və ya Tokioda saxlanılan məlumatları əldə etmək istəsə, təsəvvür edin,dünyada necə qalmaqal qopardı. Burada vacib bir məqama toxunmaq lazım gəlir: Rusiya və Çin, özlərinin vətəndaşları tərəfindən onların öz ərazilərində yaradılmış məlumatlara çıxış imkanı əldə etmək istəyirlər. ABŞ isə kimin və ya harda yaradılmasından asılı olmayaraq, amerikan şirkətlərinin işlədiyi informasiyaları ələ keçirmək istəyir.
Digər dövlətlərin özlərinə texnoloji suverenitetin müəyyən qismini götürmək cəhdlərinə qarşı çıxan Vaşinqton problemlə qarşılaşmaq təhlükəsindədir. Çünki ABŞ özü bu məsələdə bu ölkələrin birgə götürülmüş səylərindən daha aktiv fəaliyyət göstərir”.

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info