“Neftçi” “Qranada” klubuna məxsus futbolçu ilə maraqlanır
Tarix: 05.01.2015 | Saat: 22:30:00 | E-mail | Çapa göndər


Çilinin “Union Espanyol” klubunun yarımmüdafiəçisi, müqavilə ilə İspaniyanın “Qranada” klubuna məxsus olan Matias Kampos karyerasını Azərbaycanda davam etdirə bilər.
Bu barədə İspaniyanın “ideal.es” portalı məlumat yayıb. Məlumatda bildirilir ki, M.Kamposla Azərbaycanın “Neftçi” klubu ilə yanaşı, Çilinin “Palestino” komandası da maraqlanır. 25 yaşlı futbolçu İtaliyanın “Udineze”, “Syena”, həmçinin İspaniyanın “Erkules” klublarında çıxış edib. Xatırladaq ki, “Neftçi”nin Türkiyə toplanışındakı son rəqibi müəyyənləşib.Yyanvarın 11-dən Antalyada hazırlıq keçəcək paytaxt təmsilçisinin 6 yoxlama oyunundan sonuncusunda Rumıniyanın “Petrolul” klubu ilə qarşılaşacaq. Ötən mövsüm öz ölkəsində 3-cü olan komanda ilə matç yanvarın 23-də keçiriləcək. Bu görüş də digər 5 yoxlama oyunu kimi Mardan İdman Kompleksinin stadionunda təşkil olunacaq. Qeyd edək ki, "Neftçi" yanvarın 14-də "Hajer" (Səudiyyə Ərəbistanı), 17-də "Fulad" (İran), 20-də "Quijou Rehne" (Çin), 21-də "Volın" (Ukrayna), 23-dəki ilk oyunda isə "Dinamo"nun (Moskva, Rusiya) U-23 komandası ilə görüşəcək.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Bakıda qızıl medal qazandığım üçün çox xoşbəxtəm
23.09.2018
“Qarabağ” “Qəbələ”yə böyük hesabla qalib gəlib
23.09.2018
“Qalatasaray” ikinci dəfə böyük hesabla məğlubiyyətə uğrayıb
23.09.2018
Azərbaycan Premyer Liqası: “Sumqayıt” səfərdə “Keşlə”ni məğlub edib
23.09.2018
Dünya çempionatının dördüncü günündə yeddi ölkənin cüdoçuları fəxri kürsüyə qalxıblar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info