“Qonşularımız rəqibimiz deyil”
Tarix: 05.01.2015 | Saat: 22:56:00 | E-mail | Çapa göndər


“Yaxın gələcəkdə Avropa İttifaqı ilə münasibətlərdə dinamizm gözləyirik”. Bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu ticarət müşavirləri toplantısının açılışında bildirib.
“Hər biriniz işlədiyiniz ölkə ilə münasibətlərdə dəyişiklikləri indidən planlamalı və düzgün təhlili indidən bizə verməlisiniz. 20 il əvvəl Gömrük İttifaqı anlaşmasının imzalandığı dövrdəki şərtlər çox dəyişib. Artıq rəqabət gücünə sahib olan bir türk sənayesi var. Bazara ciddi təsir göstərən sahələrimiz var” - deyə Ə. Davudoğlu söyləyib. O qeyd edib ki, Türkiyə son 12 ildə qonşu dövlətlərə münasibətlərə əhəmiyyət verib: “Qonşu ölkələrlə yeni mexanizmlər formalaşdırdıq. Təkcə yola saldığımız dekabr ayında Yunanıstan, İraq və Rusiya ilə birgə əməkdaşlıq komissiyalarının iclaslarını keçirdik. Türkiyə qonşu ölkələrlə münasibətləri inkişaf etdirməkdə qərarlıdır. Türkiyə ilə İraq iqtisadi baxımdan bir-birini tamamlayan ölkələrdir, rəqib ölkələr deyil. Bütün qonşu ölkələrlə münasibətlərdə bu yolu izləmək lazımdır. Dünyanın ilk 10 ən böyük iqtisadiyyatı olan ölkələr sırasına girə bilməyimiz üçün siyasi sərhədlərimizin sabit qalması ilə yanaşı, iqtisadi sərhədlərimizi yaymaq və dərinləşdirmək lazımdır”.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info