Gürcüstanda əhalinin sayında azalma müşahidə olunur
Tarix: 05.01.2015 | Saat: 22:58:00 | E-mail | Çapa göndər


Gürcüstanda əhalinin sayında azalma müşahidə olunur. Bu barədə “Kviris palitra” (“Həftənin palitrası”) qəzetinə müsahibəsində Gürcüstanın əhalinin siyahıya alınması və demoqrafiya xidmətinin rəisi Paata Şavişvili məlumat verib. O bildirib ki, 2002-ci illə müqayisədə Gürcüstan əhalisi xeyli azalıb: “Təəssüf ki, ölkəmizdə əhalinin azalması tendensiyası müşahidə olunur, biz getdikcə azalırıq”. Xidmət rəisi qeyd edib ki, əhalinin ümumi sayı il yarımdan sonra bəlli olacaq, amma ilkin nəticələr bu il aprelin sonuna kimi açıqlanacaq.
Şavişvili deyib ki, bəzi ekspertlərin, o cümlədən BMT-nin mütəxəssislərinin qənaətinə görə, Gürcüstan əhalisi qocalır: “Biz bunu nəzərə alaraq əhalinin yaş və cins fərqinə görə yaşı 15-ə qədər və 65-dən çox olanların siyahıya alınmasını başa çatdırmışıq. Əhalinin milli mənsubiyyətini, regionlardakı, rayon və kəndlərdəki sayını, təhsil səviyyəsini də öyrənirik. Son nəticələr göstərəcək ki, bu təhlükə nə qədər realdır”.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10125

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info