“The Hill”: “Xocalı hadisələrini ancaq soyqırımı adlandırmaq olar”
Tarix: 06.01.2015 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


"Azərbaycan İsrail üçün dost və Qərb üçün əsas neft-qaz ixracatçılarından biridir. Lakın buna baxmayaraq, ABŞ İsrailin dostundan uzaq durmağa üstünlük verir". Bu barədə ABŞ Konqresinin nəşri olan “The Hill” qzetində dərc olunmuş məqalədə bildirilir.
Nəşr Azərbaycan-İsrail münasibətlərinə toxunaraq yazır ki, İsrailin idxal etdiyi neftin 50%-i Azərbaycandan gəlir: “Azərbaycan isə İsraildən silah əldə edir, çünki ABŞ Azərbaycan və Ermənistan arasında mövcud olan münaqişəyə görə Azərbaycana silah sata bilmir”.
Məqalənin müəllifi Raul Kontreras Azərbaycan və Ermənistan arasındakı münaqişəyə toxunaraq xatırladır ki, 23 üç il əvvəl Rusiyadan dəstək alan Ermənistan ordusu Azərbaycana hücum edərək ölkənin xeyli ərazisini işğal edib: “Ermənistan 1 milyona yaxın azərbaycanlını öz yurd-yuvasından qovub".
Yazıda ermənilər tərəfindən Xocalıda törədilən soyqırıma diqqət çəkilərək qeyd edilir ki, ABŞ və Avropa jurnalistləri bu qanlı hadisənin canlı şahidləri olublar: "Bu hadisələri ancaq soyqırımı adlandırmaq olar".
Məqalədə bildirilir ki, Azərbaycan İsrailə qurduğu dostluq münasibətlərinə bənzər şəkildə ABŞ-la da dost olmaq istəyir, lakin hər cür məntiqə zidd olaraq Obama administrasiyası İsrailin dostu ilə işbirliyindən uzaq durmağa üstünlük verir: "Rusiya Azərbaycanı Avrasiya İttifaqının bir hissəsinə çevirmək istəyir. Obama administrasiyası Cənubi Qafqazda və Dağlıq Qarabağ münaqişəsinin həllində təşəbbüsü Rusiyaya verib”.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.09.2019
Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub
14.09.2019
Azərbaycan-Qazaxıstan dostluq parkının təməli qoyulub
14.09.2019
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranları DOST Agentliyində olub
14.09.2019
DİN Tovuzda keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb
14.09.2019
Adam Draper ilə virtual reallıqda təlim təşkil olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info