I Avropa Oyunları ilə əlaqədar magistraturaya qəbul imtahanlarının vaxtı dəyişib
Tarix: 06.01.2015 | Saat: 15:47:00 | E-mail | Çapa göndər


Bu il Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar ali təhsil müəssisələrinin magistratura pilləsinə keçiriləcək qəbul imtahanlarının vaxtı dəyişib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri Natiq Əliyev mətbuat konfransında deyib ki, I Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı magistratura səviyyəsinə qəbul imtahanlarının qrafikində dəyişiklik nəzərdə tutulur. Onun sözlərinə görə, ötən il magistraturaya qəbul imtahanının I mərhələsi mart ayında keçirilmişdisə, bu il imtahanın ilk mərhələsinin fevralın sonunda aparılması nəzərdə tutulur: “Magistratura pilləsinə qəbul imtahanının II mərhələsi isə ötən il mayın sonunda təşkil olunmuşdusa, bu il imtahan aprelin sonu və ya mayın əvvəlində aparılacaq”. Şöbə müdiri bu il magistratura pilləsi üzrə qəbul planı barədə də məlumat verib: “Hazırda cari ildə qəbul aparılacaq ixtisaslarının sayı müəyyənləşdirilir. Qəbul siyahısında yeni ixtisaslaşmalarla bağlı elə bir dəyişiklik yoxdur. Amma magistratura pilləsinə qəbul aparılacaq ixtisasların sayı və qəbul planı barədə dəqiq məlumat martın sonu-aprelin əvvəlində veriləcək”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info