ABŞ Konqresinin nüfuzlu nəşri:“Azərbaycan öz dini müxtəlifliyi ilə fəxr edir”
Tarix: 06.01.2015 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


ABŞ Konqresinin “Roll Call” qəzetində Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin məqaləsi dərc olunub. “Dini tolerantlıq: təhlükəli dövrdə işləyə bilən modelin tapılması” başlıqlı məqalədə Azərbaycanın tarixi tolerantlıq ənənələrindən, hazırda ölkəmizdə müxtəlif dinlərin dinc şəraitdə birgə mövcudluğu üçün yaradılmış şəraitin bütün dünya dövlətləri üçün nümunə ola biləcəyindən bəhs edilir.
Müəllif bildirir ki, son illərdə Yaxın Şərqdə baş verən hadisələr fonunda İslam, xristian və yəhudi dinləri arasında münasibətlərin gələcəyinə dair bədbinlik hədsiz dərəcədə artsa da, Azərbaycan nümunəsi bunun əksini göstərir. Qeyd olunur ki, Azərbaycanda ölkə rəhbərliyi tərəfindən bütün dinlərin dinc və harmoniya şəraitində mövcud olduğu əlverişli mühit yaradılıb.
Baş konsul yazır: “Azərbaycan öz dini müxtəlifliyi ilə fəxr edir. Azərbaycan dünyanın ən qədim xristian dövlətlərindən birinin yerləşdiyi məkan olub və xristian icması əsrlər boyunca Azərbaycan tarixinin formalaşmasında iştirak edib... Xristian və müsəlman icmaları ilə yanaşı yaşayan təqribən 30 minlik yəhudi icması isə Azərbaycanda iki min ildən bəri yaşamaqdadır. Hətta əsrlər boyunca ətraf regionlarda yaşayan yəhudilər təqiblərlə qarşılaşanda, Azərbaycanı özləri üçün təhlükəsiz məkan kimi görüblər. İkinci dünya müharibəsi zamanı faşizmdən canını qurtaran yəhudilər Azərbaycanda sığınacaq tapıblar.”
N.Ağayev həmçinin qeyd edir ki, məzhəblərarası nifrət Yaxın Şərqi təhdid edərkən, Azərbaycanın şiə və sünniləri qarşılıqlı hörmət və ehtiram içərisində yaşamaqda davam edirlər.
Müəllif, ümumiyyətlə, hər hansı bir cəmiyyətdə sosial tolerantlığın bərqərar olmasında və tərəqqisində siyasi hakimiyyətin iradəsinin əvəzsiz olduğuna diqqət çəkərək bildirir: “Azərbaycanın dövlət rəhbərliyi daim ölkədə qədim tolerantlıq ənənələrini təşviq edərək, radikallığı, ekstremizmi və dinlərarası nifrəti rədd edib. Azərbaycanda dövlətin dəstəyi hesabına sinaqoqlar, məscidlər, kilsələr tikilib və tikilməkdədir. O cümlədən, müxtəlif dini etiqadlar üçün yeni mədəniyyət mərkəzləri inşa olunmaqda, hər üç dinə mənsub olan qurumlara dövlət vəsaitləri ayrılmaqdadır.”

Sonda diplomat yazır: “Bu uğurlu nümunədə ABŞ da maraqlı olmalıdır. Belə ki, dünyəvi, tolerant və inklüziv keyfiyyətlərə malik olan Azərbaycan böhranla üzləşən bölgə üçün həlledici önəm daşıyır. Regionda artan təhdidlərlə bağlı ABŞ Konqresində aparılan müzakirələr zamanı, Azərbaycan kimi dini azadlıqları təşviq edən və ekstremizmlə mübarizə aparan ölkələrin müsbət təcrübələrini öyrənmək faydalı olardı. Konqres Amerikanın tolerant və dünyəvi dostlarını dəstəkləməli və Azərbaycanın dinlərarası harmoniya modelini işlək nümunə kimi nəzərdən keçirərək, dünya ölkələrini bu modelin tətbiqinə səsləməlidir”.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10120

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info