AMEA institutlarının magistratura pilləsinə qəbul imtahanı keçiriləcəkmi?
Tarix: 06.01.2015 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Mili Elmlər Akademiyası (AMEA) institutlarının magistratura pilləsinə qəbul imtahanının keçirilməsi ilə bağlı təklifə münasibət bildirib. TQDK-nın şöbə müdiri Natiq Əliyev mətbuat konfransında deyib ki, AMEA tərəfindən institutlarda magistratura pilləsinə qəbul aparılması ilə bağlı təşəbbüs irəli sürülüb. Onun sözlərinə görə, bu məsələ ilə bağlı daim informasiya mübadiləsi aparılır. Akademiya tərəfindən müraciətlər artıq müvafiq icra hakimiyyəti orqanlarına göndərilib: “Bu sahədə iş görülür. Amma imtahanların bu il keçiriləcəyi və ya keçirilməyəcəyi barədə dəqiq məlumat yoxdur. Çünki hazırda bu məsələ üzərində iş aparılır. Əgər işlər fevralın sonuna kimi yekunlaşsa, bu il AMEA-nın magistratura pilləsinə qəbul aparmaq mümkün olacaq. Lakin işlər geciksə, magistraturaya qəbul imtahanı gələn il həyata keçiriləcək”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info