Azərbaycan türk iş adamlarının ən çox sərmayə yatırdığı ölkədir
Tarix: 06.01.2015 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


Türk iş adamları ötən ilin yanvar-oktyabr aylarında Azərbaycana 1 milyard 892 milyon dollar investisiya yatırıb ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə çoxdur. Hansı ki, bu rəqəm 2013-cü ilin 10 ayında 357 milyon dollar təşkil edirdi. Türkiyə KİV-ləri xəbər verir ki, Azərbaycan bu dövrdə yatırılan türk investisiyalarının həcminə görə birinci yerdədir. Hollandiya isə 752 milyon dollarlıq sərmayə ilə Azərbaycanın ardından investorlar tərəfindən ən çox seçilən ölkə olub. Üçüncü yerdə isə 420 milyon dollarlıq investisiya ilə İngiltərə qərarlaşıb. Ümumiyyətlə, dünyanın iqtisadi mərkəzinə çevrilən Asiya ölkələrinə 2014-cü ilin 10 ayında 2,4 milyard dollar, Avropa ölkələrinə isə 1,9 milyard dollar investisiya qoyulub. Göstəricilərə görə, Azərbaycan zirvəyə çıxarkən, Rusiyaya bu sahədə 21 faiz geriləyib. Rusiyaya 2014-cü ilin yanvar-oktyabr aylarında yalnız 81 milyon dollarlıq sərmayə yatırılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə
12.11.2018
Bakı rusiyalı turistlərin şopinqi üçün ən yaxşı şəhərdir
12.11.2018
Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info