Azərbaycan, Qazaxıstan və Rusiya birgə təlimlər keçirəcəklər
Tarix: 06.01.2015 | Saat: 17:07:00 | E-mail | Çapa göndər


2015-ci ildə Rusiyanın Xəzər flotiliyasının dənizçiləri Azərbaycan və Qazaxıstanın iştirakı ilə ilk dəfə Xəzəryanı dövlətlərin hərbi dəniz qüvvələrinin (HDQ) üçtərəfli beynəlxalq hərbi-dəniz təlimlərində iştirak edəcəklər. Bunu Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəisi polkovnik İqor Qorbul bildirib. Bu barədə “Novosti-Kazaxstan” agentliyi xəbər yayıb. 2015-ci ilin iyun-iyul aylarında Xəzər dənizinin mərkəzi hissəsində Xəzəryanı dövlətlərin hərbi dəniz qüvvələrinin ilk üçtərəfli birgə təlimi keçiriləcək. İ.Qorbul deyib: “2015-ci ildə Xəzər flotiliyasının gəmiləri Xəzəryanı dövlətlər arasında planlaşdırılmış beynəlxalq hərbi əməkdaşlıq tədbirləri çərçivəsində Qazaxıstan və Azərbaycan respublikalarının hərbi dəniz qüvvələrləri ilə birgə beynəlxalq təlimdə iştirak edəcəklər”.
Təlimlərdə Rusiyanı "Mahaçqala", "Sviyajsk Qrad" və "Uqliç" artilleriya və iki kiçik raket gəmisi ilə Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının yeni gəmilərindən ibarət dəstə təmsil edəcək. Döyüş tapşırıqlarından başqa, gəmilərin ekipajı yaşamaq uğrunda mübarizə üzrə axtarış-xilasetmə və fəlakətə uğrayan dəniz gəmisinə yardımla bağlı təlim keçəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info