Ünvan Reyestri İnformasiya Sistemi fəaliyyətə başlayıb
Tarix: 06.01.2015 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsində Ünvan Reyestri İnformasiya Sistemi (ÜRİS) fəaliyyətə başlayıb. Artıq informasiya sisteminə məlumatların daxil edilməsi və onlardan istifadə mexanizmi barədə Texniki Reqlament də təsdiqlənib. ÜRİS ölkədəki daşınmaz obyektlər barədə məlumatları özündə toplamaqla vahid ünvan mənbəyinə çevriləcək. Bu barədə komitənin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Qulu Xəlilov məlumat verib. Q. Xəlilov bildirib ki, ÜRİS-in operatoru Əmlak Məsələləri Dövlət Komitəsidir. Texniki Reqlamentə əsasən, sistemə daşınmaz əmlak obyektlərinin ünvan məlumatlarının daxil edilməsi, təsdiqi və yenilənməsi operator tərəfindən həyata keçirilir. Küçə və prospektlərin adları da yerli icra hakimiyyət orqanlarının müvafiq məlumatları əsasında operator tərəfindən daxil edilir və ya dəyişdirilir.
Şöbə müdiri vurğulayıb ki, ÜRİS vasitəsilə daşınmaz əmlak obyektlərinə ünvan verilir. Bura küçə və prospektlərə verilmiş və ya dəyişdirilmiş adın daxil edilməsi, yaşayış, qeyri-yaşayış, torpaq sahələrinə və digər daşınmaz əmlak obyektlərinə ünvan nömrələrinin verilməsi aiddir. Q. Xəlilov sistemə çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyri-yaşayış və torpaq sahələrinin girişlərinə ünvanların təyin edilməsi və bazaya daxil edilməsi qaydalarını da açıqlayıb: “Bunun üçün giriş ünvanının aid olduğu şəhər, rayon, qəsəbə, kənd seçilir, sahənin hüdudları daxilində ünvan təyin edilir. Bu zaman giriş ünvanı ilə bağlı coğrafi yerləşmə göstəriciləri sistem tərəfindən yazılır, uyğun mətn məlumatları isə müvafiq qaydada əl ilə daxil edilir. Məlumatların düzgünlüyü yoxlanılaraq təsdiq edildikdən sonra sistemə qəbul olunur. Yanlışlıq aşkarlandığı təqdirdə məlumatlar istifadəçiyə qaytarılır. Edilmiş dəyişikliklər təsdiqləndikdən sonra qüvvəyə minir”.
ÜRİS-in “24 saat/7 gün” rejimində fəaliyyət göstərdiyi nəzərə alınaraq proqram və informasiyaların təhlükəsizliyi üçün müəyyən tədbirlər görülür. Şöbə müdiri qeyd edib ki, fövqəladə hallarda müvafiq əməliyyatlar ehtiyat serverlərdə aparılacaq. Sistem informasiya texnologiyalarının inkişafına və istifadəçi qurumların artan tələbatına uyğun olaraq təkmilləşdiriləcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info