Əli Həsənov: “Beynəlxalq təşkilatların azərbaycanlı girovlarla bağlı cavabını mətbuatda dərc edəcəyik”
Tarix: 06.01.2015 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


“Erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq 7 beynəlxalq təşkilata, o cümlədən BMT baş katibinə, Avropa Şurası, Avropa İttifaqı və ATƏT-in rəhbərlərinə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidentinə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına, insan hüquqları komissiyalarının sədrlərinə rəsmi müraciət göndərmişik. Dünyada elə bir mühüm beynəlxalq təşkilat qalmayıb ki, Azərbaycan hökuməti adından ora müraciət göndərməyim”.
Bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Ə. Həsənov artıq bütün beynəlxalq təşkilatlardan müraciətlərə rəsmi cavab gəldiyini bildirib. “Mən həmin cavabları ictimaiyyətə açıqlamırdım, gözləyirdim ki, hamısından cavab gəlsin. Həmin cavabların içərisində beynəlxalq hüquq normalarına uyğun olmayan fikirlər, bəzilərində isə məsələyə müsbət yanaşmalar var. Bəzi təşkilatlar məsələyə formal, bürokratik şəkildə yanaşıb, bəzi təşkilatlar baş verənlərə görə üzr istəyib, bəziləri isə məsələyə obyektiv yanaşaraq ermənilərin bu əməllərini həqiqətən də pisləyərək, qanunsuz hesab etdiklərini bildirib. Ermənilərin bu hərəkətini beynəlxalq hüquq normalarına zidd əməl kimi qiymətləndirənlər də var. Həmin cavabları bu günlərdə mətbuata verəcəyəm. Qoy, dərc olunsun və ictimaiyyət görsün ki, beynəlxalq təşkilatlar nə işlə məşğuldur. Mən həmişə deyirəm ki, əksər beynəlxalq təşkilatlar bəzi dövlətlər tərəfindən yaradılıb ki, öz işini rahat şəkildə görsün. Təəssüflər olsun. Həmin təşkilatlar bizim girovlarla bağlı məsələyə biganə yanaşırlarsa, ən yaxşı halda üzr istəyirlərsə, onda belə təşkilatlar kimə lazımdır? Beynəlxalq təşkilatların hər birinin vəzifəsi var və onu icra etməlidirlər. Təəssüflər olsun ki, onlar həmin vəzifələri ya icra etmir, ya da icra edə bilmirlər”.
Ə. Həsənov girovluqda olan D. Əsgərov və Ş. Quliyevi torpağını, Vətənini, xalqını sevən insanlar adlandırıb: “Onlar ölümü göz önünə alaraq, doğma yurd-yuvalarına gedirdilər, ata-babalarının məzarlarını, kəndlərini ziyarət edirdilər. Biz bununla bağlı həqiqəti bütün dünyaya nümayiş etdirdik. Ancaq ermənilər yenə də faşist əməllərindən əl çəkmirlər, bütün beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqda davam edirlər. Erməni xalqı 100 ildir, türk genosidi ilə məşğuldur. Beynəlxalq təşkilatlar bölgədə dayanıqlı sülhün bərqərar olunmasını istəyir. Ermənilər isə türk dünyasından əl çəkmir, öz məqsədlərinə çatmaq üçün çirkin əməllərini davam etdirirlər. Mənə elə gəlir ki, bu əməllərə göz yuman və erməniləri açıq şəkildə müdafiə edən beynəlxalq təşkilatlar bizim girovlarla bağlı məsələnin də müsbət həllinə kömək etməyəcəklər. Son 20 ildə apardığımız müşahidələrdən belə nəticəyə gəlmək olar ki, ermənilər xalqımıza qənim kəsilib, bizə qarşı düşmənçilik mövqeyindən əl çəkmirlər. Beynəlxalq təşkilatlar isə tələb edir ki, bölgədə dayanıqlı sülh olsun. Hesab edirəm ki, bunun bir yaxşı yolu var. Ermənilər bu bölgədəki ölkələrlə qonşuluq edə bilmirlər. Rusiyanın uzaq Şərq hissəsi, Sibir çöllərində boş sahələr çoxdur, erməniləri köçürsünlər ora. O zaman bu bölgədə dayanıqlı sülh bərqərar olacaq”.

Baş nazirin müavini vurğulayıb ki, ermənilər çirkin əməllərindən əl çəkməsələr, Azərbaycan torpaqlarını və girovları düşməndən müharibə yolu ilə azad etməyə məcburdur: “Ermənilər bütün dünyaya özlərini qeyri-konstruktiv xalq kimi göstəriblər. Dünyada elə bir ölkə yoxdur ki, 4 yerdən idarə olunsun. Ermənistanı ABŞ-dakı erməni lobbisi, Rusiya, kilsə və dövlətə rəhbərlik edən faşist erməni rejimi idarə edir. Beynəlxalq təşkilatlar açıq şəkildə Ermənistanın tərəfini tutur. Ona görə də bizə özümüzdən, dövlətimizdən başqa keç kim heç nə edən deyil”.
Ə. Həsənov onu da qeyd edib ki, ölkə rəhbərliyi əsir və girovluqda olan şəxslərin azad edilməsi məsələsini daim diqqətdə saxlayır: “Onlar Şuşada, bizim torpaqlarda girov saxlanılırlar. Bizim yerli QHT-lər, hüquq müdafiə təşkilatları girovlarla bağlı Avropa Şurasına, Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək üçün təşəbbüs irəli sürüblər. Biz hökumət olaraq hazırda onlara köməklik edirik. Bununla bağlı bütün hüquqi addımlar atılacaq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info