İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 97 nəfərə yardım göstərib
Tarix: 06.01.2015 | Saat: 18:40:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən ötən il 51 nəfər insan alveri qurbanına və insan alverinin qurbanına çevrilmək təhlükəsi olan 46 nəfər şəxsə müvafiq yardımlar göstərilib. Zəruri hallarda həmin şəxslər eyni vaxtda bir neçə yardım növü ilə əhatə olunub.Onlardan 25 nəfərinin məşğulluğunun təmin edilməsinə, 13 nəfərinin peşə hazırlığı kursuna cəlb olunmasına köməklik göstərilib, 3 nəfər maddi, 12 nəfər tibbi, 31 nəfər hüquqi, 6 nəfər psixoloji yardımla, 5 nəfər sığınacaqla təmin edilib. Eyni zamanda, 5 nəfərinin ailələrinin ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması, 3 nəfərinin sosial xidmət müəssisəsinə yerləşdirilməsi, 1 nəfərinə əlil arabasının, 2 nəfərinə torpaq sahəsinin verilməsi üçün aidiyyatı qurumlara müraciət edilib. Qeyd edilən şəxslərdən digərləri də zəruri köməkliklərlə (hüquqlarının təmin edilməsi, övladının körpələr evi-uşaq bağçasına yerləşdirilməsi, əlillik müayinəsinin aparılması və s.) təmin olunublar. Hazırda onların bir qismi ilə işlər davam etdirilir. Bununla yanaşı, mərkəz tərəfindən insan alveri ilə bağlı ictimai məlumatlılığın artırılması üçün müxtəlif formalarda işlər aparılıb, o cümlədən ölkənin regionlarındakı peşə məktəbi və liseylərdə “İnsan alverinə qarşı mübarizə” mövzusunda təlimlər keçirilib.


İlkin




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info