“Financial Times”: “Ərəb baharı” dünyada demokratiyaya inamı sarsıtdı”
Tarix: 06.01.2015 | Saat: 19:12:00 | E-mail | Çapa göndər


“İddia olunurdu ki, avtoritar rejimlər devrilir və onları “yeni demokratiya” əvəzləyir. Amma Tunis istisna olmaqla “ərəb baharı”nı yaşayan ölkələrin heç birinə demokratiya hələ də gəlməyib”

Çinin “Global Times of China” nəşri Rusiya ilə Qərbin münasibətlərində yaranan son vəziyyəti şərh edib. Qəzet yazır ki, Ukrayna böhranı dünya nizamının balanslaşması və dialoq prinsipini ziddiyyət modeli ilə əvəzləyib: “Soyuq müharibə”nin başa çatmasından sonra keçən 20 il ərzində Qərb ümumavropa təhlükəsizlik sisteminin tətbiqində Rusiyanın nə qədər strateji əhəmiyyət daşıdığını anlaya bilməyib. Qərb koalisiyası təcavüzkar siyasətinə sərhədlər müəyyənləşdirə bilmir. Ukraynada baş verən olaylar Avropanın təhlükəsizlik modelində böhran yaradıb. Artıq Şimali Atlantika paktı kifayət etmir. Ukraynada hakimiyyətin dəyişməsi Rusiyanı çətin vəziyyətdə qoydu. Məsələ ondadır ki, Ukrayna Moskvanın geosiyasi stabilliyi üçün vacib bufer zona olmaqla yanaşı, tarixi slavyan sivilizasiyasının vacib tərkib hissəsini təşkil edir. İkinci Dünya müharibəsindən sonra dünyada yaranan əməkdaşlıq və dialoq əsaslı nizam artıq başa çatıb. Artıq Rusiya ilə ABŞ-ın münasibətlərində kəskin hərbi ziddiyyətlərin yaranması dövrü başlayıb. Ukraynada hakimiyyətə gələn yeni qüvvələrin Qərbə inteqrasiya siyasəti dövlətin kompleks problemlərini həll etməyəcək. Ona görə də regional qeyri-stabillik hələ uzun illər davam edəcək. Belə vəziyyət davam etdikcə, Ukrayna Rusiya ilə ABŞ arasında “ayağa dolaşan daş” olaraq qalacaq”. Qəzet yazır ki, beynəlxalq münasibətlər sistemində islahatlar aparılması vaxtı çoxdan çatıb. Nəşrə görə, 2008-ci il iqtisadi böhranından sonra mövcud beynəlxalq münasibətlər sisteminin müasir dünya nizamı ilə uyğunlaşmadığı aşkar şəkildə üzə çıxıb: “Ənənəvi supergüclər mövcud dünya nizamını “tutub saxlayaraq” hesab edirlər ki, Qərb dəyərlərinə əsaslanan köhnə dünya əbədidir. Ukrayna böhranının inkişafı göstərdi ki, köhnə siyasi qüvvələrlə inkişaf edən dövlətlər arasında oyun gedir. Bu vəziyyət bir daha təsdiq edir ki, dünyanın fasiləsiz dəyişməsi şərti ilə ədalətli beynəlxalq münasibətlər sistemi formalaşmalıdır”. “Financial Times” nəşri isə yazır ki, Berlin divarının sökülməsindən sonra hakim olan 3 məsələ-azad bazar, demokratiya və ABŞ-ın hegemonluğu sarsılıb. Müəllif Qideon Rəhman yazır ki, hazırda Qərb ABŞ-ı dünyanın yeganə supergücü saymır: “Halbuki 10 il əvvəl vəziyyət fərqli idi. Azad bazar və demokratiya prinsipi də digər element olan ABŞ-ın hegemonluğuna əsaslanırdı. Dünyada supergüc kimi ABŞ-a olan etimadın məhv olmasının əsas səbəblərindən biri İraq və Əfqanıstanda aparılan hərbi əməliyyatlar oldu.

“Global Times of China”: “Beynəlxalq münasibətlər sistemində islahatlar aparılması vaxtı çoxdan çatıb”


Bu müharibələr göstərdi ki, ABŞ düşmən hesab etdiyi rejimləri bir neçə həftəyə məhv edə bilsə də, yekunda həmin ölkələrdə stabillik yarada bilmir. ABŞ-ın yeganə supergüc olmasını sonlandıran digər amil Çinin iqtisadi inkişafıdır. Beynəlxalq Valyuta Fondunun ötən ilin oktyabr ayında açıqladığı məlumata görə, Çin dünyanın ən böyük iqtisadiyyatı olub. 2008-ci il böhranı azad bazar elementinə olan inamın sarsılmasına səbəb oldu. Qlobal depressiyadan qaçmaq mümkün olsa da azad bazarın bütün dünyada insanların həyat şəraitini yaxşılaşdırmasına olan inam azaldı. “Ərəb baharı”nın təhriki ilə yaranan vəhşiliklər isə demokratiyaya ideal siyasi sistem kimi inamı sarsıtdı. İddia olunurdu ki, avtoritar rejimlər devrilir və onları “yeni demokratiya” əvəzləyir. Amma Tunis istisna olmaqla “ərəb baharı”nı yaşayan ölkələrin heç birinə demokratiya hələ də gəlməyib».

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info