“Bir çox hallarda Ermənistan KİV-də xəbərlər təhrif olunur”
Tarix: 06.01.2015 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


“Bir çox hallarda Ermənistan kütləvi informasiya vasitələrində xəbərlər təhrif olunur, xüsusilə də ümumi kontekstdən çıxarılmış formada təqdim edilir”. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Uruqvay xarici işlər naziri Luis Almagronun Dağlıq Qarabağın "müstəqiliyinin" tanınmasına çağırış etməsi barədə Ermənistan mətbuatının yaydığı məlumata münasibət bildirərkən deyib. H.Hacıyev qeyd edib ki, Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycanın Uruqvaydakı diplomatik missiyası bu məsələni Uruqvay XİN-lə araşdıracaq: “Bir çox hallarda ”Asbarez” kimi erməni kütləvi informasiya vasitələrində belə xəbərlər təhrif olunur, xüsusilə də ümumi kontekstdən çıxarılmış formada təqdim edilir. Xatırladaq ki, Uruqvay Şərq Respublikasının vitse-prezidenti və Senatının sədri Danilo Astorinin bu yaxınlarda Ermənistanda səfərdə olarkən söylədiyi fikirləri də təhrif olunmuşdu”.
XİN rəsmisi əlavə edib ki, Danilo Astorinin söylədiyi iddia olunan fikirləri aydınlaşdırarkən Uruqvay Xarici İşlər Nazirliyi həmin şəxsin özünə istinadən bildirib ki, bu məlumat həqiqətəuyğun deyil, onun tərəfindən belə fikirlər səsləndirilməyib və Uruqvayın rəsmi mövqeyi münaqişə tərəflərinin maraqlarını nəzərə alaraq, münaqişənin dialoq, danışıqlar və sülh yolu ilə həllini dəstəkləməkdən ibarətdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir
15.11.2018
Büdcə müzakirələri başa çatdı: hökumətə noyabrın 23-dək vaxt verildi
15.11.2018
Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
15.11.2018
Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info