Amerika Çinin raket qoşunlarının müasirləşdirilməsindən narahatdır. “İnternational Business Times” yazır ki, DF-31 növündən olan 10 ədəd qitələrarası ballistik raket artıq Çinin silahları arasındadır: “Amerika kəşfiyyatının hesabatı göstərir ki, DF-31 və DF-31A raketləri on bir min iki yüz kilometr məsafəni vurmaq qabiliyyətinə malikdir. Bu da o deməkdir ki, ABŞ ərazisində istənilən strateji hədəfi məhv edə bilərlər. Amerikada əmindirlər ki, Pekində 30 kompleks belə raket var”.
Nəşr yazır ki, Çin yeni hərəkət edə bilən raket kompleksi də yaradır. Bu raketlərdə başlıq hissə bir neçə yerə ayrılaraq hər biri müstəqil şəkildə hədəfi vura bilir: “Pentaqonun narahatçılığı ondadır ki, Çin öz silah arsenalını artırmaqla dünyanın hərbi sistemində iştirakını yüksəldir. İqtisadi və diplomatik maraqlarını genişləndirir, öz qonşularına o cümlədən ABŞ-ın müttəfiqlərinə təsirini artırır”.
Tural
|