“The Guardian”: “ABŞ Rusiyanın strateji silahlarından və hərbi fəallığından rahatsız olub”
Tarix: 06.01.2015 | Saat: 19:54:00 | E-mail | Çapa göndər


“Pentaqon xüsusilə, Rusiya sualtı qayıqlarında olan qanadlı raketlərdən ehtiyatlanır”

“Vaşinqton ilə Moskva arasında qanadlı raketlər və Rusiya sualtı qayıqlarının təxribat xarakterli üzmələrindən, həmçinin Rusiyanın nüvə silahları ilə təchizatından daha da artan gərginlik silahlar üzərində nəzarət epoxasına son qoyulması ilə hədələyir. Bu hədə dünyada iki ən böyük nüvə arsenalına malik ölkə arasında qorxulu rəqabətin yenilənməsinə də aiddir”. Bu barədə “The Guardian”da jurnalist Culian Borcer yazır.
Daha sonra bildirilir: “Gərginlik ABŞ-ın Rusiyanın yeni qanadlı raketlərin işlənməsinə qarşı cavab tədbirləri görməsi səviyyəsinə qalxıb. Vaşinqton təsdiq edir ki, soyuq mühatibə dövrünün əsas müqavilələrindən birini pozur və 23 ildən sonra qanadlı raketlərin yenidən Avropaya qayıtması perspektivinə baxır. Milad bayramının ertəsi günü ABŞ ordusu Vaşinqton üzərində iki eksperimental “dirijabl” qaldırıb. JLENS kimi tanınan sistem, yaxınlaşan qanadlı raketləri ayrıd etmək üçün yaradılıb. Şimali Amerika qitəsinin hava-kosmik müdafiə komandanlığı təhlükənin xarakterini müəyyən etməyib, amma bu sistemin yerləşdirilməsi Pentaqonun qanadlı raketlərə qarşı dayanmaqda çətinlik çəkdiyinin etiraf edilməsindən sonra mümkün olub. Bu etirafı isə həmin komandanlığın başçısı general Çarlz Ceykobi edib. Etirafa görə, Pentaqon, xüsusilə də Rusiya sualtı torpeda qayıqlarında olan qanadlı raketlərdən ehtiyatlanır”.
Qeyd edilir ki, ABŞ və Rusiyada strateji nüvə başlıqlarının sayı keçən il faktiki olaraq artıb. Hər iki ölkə ildə milyardlarla dollar arsenallarının modernləşdirilməsinə xərcləyir: “Ukraynada müharibə və zəifləyən iqtisadiyyat fonunda Putin daha çox nüvə silahına diqqət yetirir və bunu Rusiya nüfuzunun təminatı və simvolu hesab edir”.
O da qeyd edilir ki, Amerikada qorxulan bir məsələ də gəmidən buraxılan ballistik raket “Bulava”nın işlənməsidir: “Qərbdə rahatsızlıq yaradan məqamlardan biri də xarici bazarlara rus qanadlı raketlərinin
"Club-K" adı ilə çıxarılmasıdır. ABŞ ordusunu Rusiya sualtı donanmasının aktivləşməsi dətəlaşlandırır”.
“Monterey Institute of International Studies”dən silahlar üzərində nəzarət üzrə ekspert Ceffi Lyui isə bildirir ki, Putinin nüvə potensialına diqqəti onun Ukraynada və digər qonşu dövlətlərdə manevr etmək niyyətindən irəli gəlir.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info