Qrant Baqratyan: “Erməni tarixi və dərslikləri yalanlarla doludur”
Tarix: 06.01.2015 | Saat: 20:36:00 | E-mail | Çapa göndər


“Tarixdə ilk xristian dövlət Ermənistan yox, Osroena olub”

Ermənistan saytı olan “1in” Ermənistanın keçmiş baş naziri, parlamentdə Ermənistan Milli Konqresi fraksiyasının üzvü Qrant Baqratyanın erməni tarixinin və dərsliklərinin yalanlarla dolu olmasını etiraf etməsi barədə maraqlı xəbər yayıb. Məlumatda bildirilir: “Ermənistanın keçmiş baş naziri, parlamentdə Ermənistan Milli Konqresi fraksiyasının üzvü Qrant Baqratyan özünün “Facebook” səhifəsində yazıb: “Milad liturgiyası. Ermənilər xristianlığın yayılmasına öz ciddi töhfələrini veriblər. Bu mübahisəsizdir. Amma bəzən biz dövlətlə dini qarışdırırıq və dərsliklərimizi, tarixi yalanlarla doldururuq. Tarixi saxtalaşdırmaq olmaz.
Məsələn,dünyada birinci xristian dövlət Osroena olub. Heç olmasa, bir dəfə ensiklopediyanı vərəqləyin. Biz özümüz-özümüzü tərifləyə-tərifləyə bilmirik ki, dünyada ən geridə qalmış dövlətlərdən biriyik. Biz həqiqətən də fəxr etməli olan nə etmişik? Öz barəmizdə bu cür düzgün olmayan məlumatları yaymaq birinci növbədə, özümüzə qarşı yönəlib. Hamını öyrətməyə iddia edirik, amma bu zaman özümüz barədə unuduruq”.

“Heç olmasa, bir dəfə ensiklopediyanı vərəqləyin. Biz özümüz-özümüzü tərifləyə-tərifləyə bilmirik ki, dünyada ən geridə qalmış dövlətlərdən biriyik. Biz həqiqətən də fəxr etməli olan nə etmişik? Öz barəmizdə bu cür düzgün olmayan məlumatları yaymaq birinci növbədə, özümüzə qarşı yönəlib”


Göründüyü kimi, artıq neçənci erməni ictimai xadimidir ki, erməni mifləri və yalanlarını, tarixi uydurmalarını inkar edir. Təsadüfi deyil ki, xeyli müddət öncə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev özünün “Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində” əsərində bu məqama çox əhatəli və dərin əsaslandırılmış faktlarla toxunub. Akademikin fikrincə, erməni Apostol kilsəsi, erməni diasporu, siyasi elita, ideoloqlar və “tarixçilər” birlikdə dünya ermənilərini miflər aləmində saxlamaqda davam edir. Akademik bunları nəzərə alaraq, mötəbər mənbələrdən, o cümlədən erkən xristianlığın tarixindən, habelə erməni mənbələrindən gətirilən təkzibedilməz tarixi dəlillər əsasında sübut edir ki, ermənilərin xristianlığı dövlət səviyyəsində birinci olaraq qəbul etmələri barədə dedikləri uydurmadan başqa bir şey deyil: “Tarixçilər çoxdan eyni fikrə gəliblər ki, xristianlığa üz tutan ilk monarx aramidilli Osroyenanın hökmdarı, eramızdan əvvəl 4-cü ildən bizim eranın 7-ci ilinə qədər, sonra isə bizim eranın 13-50-ci illərində hakimiyyətdə olmuş Edessa çarı V Abqardır”. Qeyd edək ki, sözügedən kitabda bu çarlığın bütün hökmdarlarının siyahısı xronoloji ardıcıllıqla verilib. Osroyenanın xristianlığı birinci olaraq qəbul etməsini S.Moffet, U.Smit, Artur MakQiffert, Samuel Çetham, Ceyms Hastinq və bir çox başqaları təsdiq edirlər. Akademik Ramiz Mehdiyevin kitabında bu tarixçi və ilahiyyatçıların fikirlərindən iqtibaslar gətirilir...
Beləliklə, akademik sübut edir ki, ermənilərin ilk xristianlığa və digər qədim tarixə aid iddiaları tamamilə absurddur və heç bir elmi-tarixi əsasa söykənmir. İndi isə bunu erməni başbilənlərinin özləri də təsdiq edir...

İlkin AĞAYEV






 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info