Dünya çempionumuz üçün növbəti sınaq
Tarix: 06.01.2015 | Saat: 22:44:00 | E-mail | Çapa göndər


Yanvarın 23-də və 24-də AİBA Pro Boxing (APB) turnirində növbəti görüşlər keçiriləcək. Boks Federasiyasından verilən məlumata görə, ilk yarış günündə superağır çəki dərəcəsində mübarizə aparan boksçular rinqə çıxacaq. İkiqat dünya, Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov bu dəfə Maqomed Omarovla üz-üzə gələcək.
Rusiyalı boksçu APB-də 2 döyüşdə qələbə qazansa da, birində uduzub. Bu, Məcidovla Omarovun artıq 3-cü qarşılaşması olacaq. Milli komandamızın üzvü rusiyalı rəqibini ilk dəfə London Olimpiadasında məğlub edib. Məcidov 2013-cü ildə Almatıda keçirilən Dünya Çempionatının 1/4 finalında da Rusiya təmsilçisindən üstün olmuşdu. Superağır çəki dərəcəsində həlledici görüşdə almaniyalı Erik Pfayferlə mərakeşli Məhəmməd Arjaoui qarşılaşacaq. Yanvarın 24-də çəkisi 69 kq olan boksçular rinqə çıxacaq. Milli komandamızın üzvü Tamerlan Abdullayev bu dəfə litvalı Eimantas Stanionislə görüşəcək. APB-də 3 döyüş keçirən Stanionis 2 qələbə qazanıb. Bu çəki dərəcəsində həlledici qarşılaşmada türkiyəli Öndər Sipal Keniya idmançısı Rayton Okviri ilə üz-üzə gələcək. Qeyd edək ki, hər iki boksçumuzun hələ Rio Olimpiadasına lisenziya qazanmaq şansı qalır. Finala vəsiqə əldə edən boksçular qalib gələrək, Olimpiadaya vəsiqəni rəsmiləşdirməklə yanaşı, yayda APB-nin mütləq çempionluğu uğrunda döyüşə çıxacaqlar. Hesabında iki qalibiyyət olan boksçularımız isə 3-cü qələbələrini qazanaraq, yayda 2-ci lisenziya uğrunda mübarizə apara bilərlər. AİBA Pro Boxing turnirində hər çəkidə 2 idmançı Braziliya Olimpiadasına lisenziyanın sahibi olacaq.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Ronaldo “Atletiko“ya sataşıb: “Mən Çempionlar Liqasını beş dəfə qazanmışam”
21.02.2019
UEFA Çempionlar Liqası: “Yuventus” “Atletiko Madrid”ə məğlub olub
21.02.2019
“Çelsi“ nin məşqçilik postuna namizədlər
21.02.2019
UEFA Avropa Liqasının ilk səkkizdəbir finalçısı məlum olub
20.02.2019
UEFA Çempionlar Liqası: “Atletiko Madrid” yoxsa, “Yuventus”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info