“Sanksiyalar Fransa iqtisadiyyatını məhvə aparır”
Tarix: 06.01.2015 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


“Rusiyaya tətbiq edilmiş sanksiyalar Fransa iqtisadiyyatına böyük zərər verməkdədir. "Mistral" hərbi gəmilərinin Rusiyaya satılması ilə bağlı yaranan qalmaqal Fransa prezidenti Fransua Olland üçün ciddi bir problem olaraq qalmaqdadır.
Haşiyə çıxaraq qeyd edək ki, bir neçə müddət bundan əvvəl Rusiya ilə Fransa arasında bağlanmış müqaviləyə əsasən Fransa tərəfi ruslara iki "Mistral" hərbi gəmisi satmalı idi. Lakin sonradan Fransa lideri açıq bəyan etdi ki, Kreml müəyyən şərtləri yerinə yetirməyəcəyi təqdirdə gəmiləri ala bilməyəcək. Fransanın əsas iradı Rusiyanın Ukraynada üsyançıları dəstəkləməsi ilə əlaqədar idi. Lakin belə görünür ki, Fransa iqtisadiyyatında yaranan tənəzzül Fransa liderini yenidən bu məsələyə qayıtmağa məcbur edib. Bəlkə də elə buna görədir ki, o, Moskvaya qarşı iqtisadi sanksiyaların aradan qaldırılması ilə bağlı çağırış edib”. Bunlar britaniyalı politoloq, London universitetinin professoru Martin Makkolinin gəldiyi qənaətdir. O, bildirir ki, Olland da əks-sanksiyalardan zərər görən ölkələrdən birinin rəhbəridir. Politoloqa görə Fransa "Mistral" hərbi gəmiləri ilə yanaşı Rusiyanı digər məhsullarla təmin etmək istəyir. Makkolinin fikrincə, bu, Fransa iqtisadiyyatında yaranmış acınacaqlı vəziyyətlə əlaqədardır. Paris Demokratiya və Əməkdaşlıq İnstitutunun direktoru Con Lokland bildirir ki, Olland Rusiyaya qarşı sanksiyaların aradan qaldırılmasına çağırış etmək üçün yaxşı vaxt seçib. Onun fikrincə, Olland üçün hazırda ən önəmli məsələ beynəlxalq arenada öz imicinin qayğısına qalmaqdır. Ona görə də o, sanksiyalar əleyhinə qarşı çıxış edərək, "Mistral"ın satışını tamamlamaq istəyir. Parisli professorun təəbirincə, “Ollandın sözlərindən belə çıxır ki, Krımın Rusiyanın ərazisi kimi qəbul edilməsi də qəbul ediləndir. Rusiyanın Ukraynanın NATO sıralarına qəbul edilməsinin əleyhinə çıxış etməsini də Olland yaxşı anlayır”. “Rossiya 24” telekanalı isə məlumat verir ki, artıq neçə müddətdir Qərb mətbuatında Ukrayna barədə heç bir məlumata rast gəlinmir. İnsanlar artıq bu mövzuya qulaq asmaqdan yorulub. Bu arada qeyd edilməlidir ki, Qərb mətbuatı 2015-ci ilin Avropa ölkələri üçün o qədər də ürəkaçan olmayacağını etiraf etmək məcburiyyətində qalıblar. Amerikanən “National Interest” nəşri yazır ki, gözlənilən təhlükələr Avropada ölkələrin birliyinin təhdid altına qoya bilər. Nəşr bu il Avropanın üç ölkəsində - Yunanıstan, Böyük Britaniya və Polşada keçiriləcək seçkilərin yekunlarının avrozonadakı problemlərin dərinləşməsinə zəmin yarada biləcəyini xüsusi qeyd edir.
Ağasəf BABAYEV






 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info