Yük avtomobilləri nəzarətə götürülür
Tarix: 07.01.2015 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Paytaxtda yük avtomobillərinin hərəkətinə diqqət və nəzarətin artırılması məqsədi ilə bu gündən etibarən mütəmadi reydlərin keçirilməsinə başlanılır. Bunu Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.
Bölmə rəisinin sözlərinə görə, 2015-ci ildə Bakıda yük avtomobillərinin hərəkətinə diqqət və nəzarət artırılacaq. Artıq bu gündən etibarən isə idarənin əməkdaşları paytaxtda əsasən 3-cü kənar dairəvi yol, Ziya Bünyadov, Aeroport şosesi və digər yollar üzrə reydlər keçirəcəklər: “2014-cü ildə Bakı şəhəri ərazisində qeydə alınan yol-nəqliyyat hadisələrinin təhlili, eləcə də paytaxtın küçə və prospektlərində sıxlığın, tıxacların yaranmasında qabaritli, yükgötürmə qabiliyyəti 5 tondan artıq olan yük avtomobillərinin xüsusi “rolu” olduğu aşkar edilib. Ona görə də Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin nəzərinə çatdırır ki, özlərinə məxsus və ya istifadələrində olan yük avtomobilləri ilə saat 08:00-dan 21:00-dək Bakı şəhərinin ərazisinə daxil olmasınlar. Bu qadağa ilə bağlı müvafiq yol nişanlarının və müəyyən edilmiş vaxt rejiminin tələblərini pozan sürücülər mövcud qanunvericiliklə nəzərdə tutlmuş qaydada inzibati məsuliyyətə cəlb ediləcəklər”. V.Əsədov qeyd edib ki, yük avtomobillərinin paytaxt yollarında hərəkəti yalnız vaxt və hərəkət marşrutunun göstərildiyi buraxılış vərəqələri ilə mümkündür.




 
Bölməyə aid digər xəbərlər
15.06.2019
Bakı-Şarm əl Şeyx-Bakı reysi açılıb
15.06.2019
Bu torpaqlarda tikintiyə rəyin verilməsi üçün xidmət haqqı ödəniləcək
15.06.2019
Avrozonada vahid büdcə tətbiq olunacaq
14.06.2019
Bakıda “Dövlət-Biznes Dialoqu” mövzusunda “dəyirmi masa” keçirilib
14.06.2019
KOB-lar kommunikasiya və informasiyanın idarə olunması mövzusunda məlumatlandırılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info