ABŞ-da silahlı insidentlərin sayı artır
Tarix: 07.01.2015 | Saat: 15:32:00 | E-mail | Çapa göndər


ABŞ-ın Corciya ştatında 21 yaşlı gənc 12 yaşlı bacısı daxil olmaqla ailəsinin 3 üzvünü güllələyib, sonra isə intihar edib.
“RİA Novosti”-nin verdiyi xəbərə görə, insident Poldinq dairəsində yaşayış evində baş verib. “Atlanta Journal-Constitution” qəzetinin məlumatına görə, 21 yaşlı Feliks Almonte yerli polisdə çavuş rütbəsində xidmət edən ögey atası Sem Driskelin tapançasını ələ keçirərək onu, anasını və 12 yaşlı bacısını qətlə yetirib, sonra isə özünə atəş açaraq intihar edib.
Sem Driskelin işə çıxmadığını görən həmkarları məsələyə aydınlıq gətirmək üçün evinə gəliblər və burada 4 cəsəd aşkarlayıblar.

Hadisənin səbəbi araşdırılır.
Qeyd edək ki, ölkənin digər ştatında da bunabənzər insident yaşanıb. Belə ki, Texas ştatının El Paso şəhərində yerləşən ABŞ-ın Veteranlarla İş üzrə Nazirliyin xəstəxanasında silahlı insident nəticəsində 2 nəfər ölüb.
“TASS”-ın verdiyi xəbərə görə, bu barədə xəstəxananın yaxınlığında yerləşən “Fort Bliss” ordu bazasının nümayəndəsi general-mayor Stiven Tvitti bildirib.
Onun sözlərinə görə, klinikaya daxil olan silahlı şəxsin atəş açması nəticəsində 1 nəfər ölüb. Bundan sonra hücum edən şəxs özünə atəş açaraq intihar edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.04.2019
Şri-Lankada bir neçə kilsədə və oteldə partlayışlar baş verib: 160 ölü, 360 yaralı
21.04.2019
Fransada etirazlar zamanı 14 polis yaralanıb
20.04.2019
Әfqanıstanda terror aktı, ölәn var
20.04.2019
Parisdə “sarı jiletlilər“in aksiyasında 70-ə yaxın saxlanılan var
20.04.2019
Putin Şimali Koreya lideri ilə görüşəcək

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info