Ərəb liqasının sabiq lideri Əmr Musa Bakıya gələcək
Tarix: 07.01.2015 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


Ərəb liqasının sabiq rəhbəri (2001-2011), tanınmış misirli diplomat Əmr Musa bu ilin aprel ayında Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun Bakıda təşkil edəcəyi III Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak edəcək. Qahirədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin katibliyi ilə keçirilən görüşdə diplomat Əmr Musa Azərbaycanda “Yeni dünya düzənində etimadın yaradılması” mövzusuna həsr olunmuş beynəlxalq forumun keçirilməsinin önəmini vurğulayıb. Əmr Musa bildirib ki, xüsusilə dünyanın ən nüfuzlu siyasətçilərinin iştirakı toplantının qlobal əhəmiyyətini daha da artırır.
Qeyd edək ki, ərəb dünyasının nüfuzlu siyasi xadimlərindən sayılan Əmr Musa 1991-2001-ci illərdə Misir Ərəb Respublikasının xarici işlər naziri vəzifəsində çalışıb. Əmr Musa 2013-cü ildə prezidentliyə namizəd olub, sonradan isə Misir Konstitusiyasına dəyişiklik komissiyasının rəhbəri təyin edilib. Ərəb diplomat müxtəlif illərdə Misirin İsveçdə, Hindistanda fövqəladə və səlahiyyətli səfiri, həmçinin BMT-dəki daimi nümayəndəliyinin rəhbəri olub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Prezident Novruz bayramı münasibətilə xalqı təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info