Meksika mətbuatı: “Azərbaycanda heç vaxt antisemitizm hallarına rast gəlinməyib”
Tarix: 07.01.2015 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


Meksikadakı yəhudi icmasına mənsub “Enlace Judio” xəbər agentliyi Azərbaycan-İsrail əlaqələrindən bəhs edən məqalə yayıb.
Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib ki, məqalənin müəllifi Azərbaycanın İsrail üçün siyasi-coğrafi cəhətdən strateji ölkə olduğunu, ikitərəfli əlaqələrin inkişaf etdiyini yazır.
Yüksək səviyyəli qarşılıqlı səfərlərin hər iki ölkə arasında inkişaf edən dostluğun göstəricisi olduğu diqqətə çatdırılır.
Məqalədə vurğulanır ki, Azərbaycan ilə İsrail arasında mövcud dostluq və tərəfdaşlıq münasibətlərinin təməlini yəhudi və Azərbaycan xalqlarının tarixi əlaqələri təşkil edir. İki ölkə arasında xüsusilə texnologiya, müdafiə sahələrində güclü iqtisadi əlaqələr var.
Yazıda Azərbaycanda yaşayan yəhudi icmasının hər iki dövlət arasındakı əlaqələrə öz töhfəsini verdiyi bildirilir. Azərbaycanda heç vaxt antisemitizm hallarına rast gəlinmədiyi diqqətə çatdırılır.
Müəllif İsrailin enerji ehtiyatlarının 40 faizini Azərbaycanın təmin etdiyini, enerji sektorunda ölkəmizin təcrübəsinin öyrənildiyini vurğulayır.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info