“Valideyn övladının hansı filmlərə baxdığına nəzarət etməlidir”
Tarix: 07.01.2015 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


Tahibə Quliyeva: “Uşaqlara aid bir çox cizgi filmlərində aqressiya nümayiş etdirilir”

Müsahibimiz Peşəkar Psixologiya Mərkəzinin Uşaq İnkişaf Klubunun direktoru, psixoloq Tahibə Quliyevadır. Qeyd edək ki, T.Quliyeva 2011- ci ildən bu günə kimi xarici ölkələrin tanınmış psixoloji mərkəzlərində praktika keçib. İstanbulda bir sıra autizm mərkəzlərində təlim və praktikalarda olub, uşaqlarla işləyib. Kiprdə Girnə Amerikan Universitetində yazdığı "Autizmin həyatımızdakı yeri” adlı məqalə ilə çıxış edərək təşəkkürnamə və sertifikatlara layiq görülüb.

-Peşəkar Psixologiya Mərkəzi nə vaxt yaradılıb və məqsədi nədən ibarətdir?
-Peşəkar Psixologiya Mərkəzi 2 aprel 2011-ci il Dünya Autizm Günündə yaradılıb. Mərkəzimizdə təcrübəli və xarici ölkələrin tanınmış klinikalarında təcrübə keçmiş mütəxəssilər fəaliyyət göstərir. Mərkəzin yaranmasında əsas məqsədlərimizdən biri autizm və onun spektr pozuntularından əziyyət çəkən uşaqlara psixoloji baxımdan yardım etmək idi. Çünki həmin ildə çox az mərkəz var idi və bu sahədə inkişaf çox da deyildi. Biz Peşəkar Psixologiya Mərkəzi kimi, istəyimizə nail olduq, xarici ölkələrdə olan ən son yenilikləri tətbiq etməyə başladıq və nəticlərimiz də yüksək oldu.

-Siz təşkilat olaraq uşaqların psixi inkişafı üçün hansı işlər görürsünüz?
-Uşaqların inkişafı üçün Uşaq İnkişaf Klubumuzda bir sıra xidmətlər mövcuddur. Bunlar Uşaq Teatr Klubu, rəsm və bacarıqlı əllər, psixoloji xidmət, loqopedik xidmət, məktəbəqədər hazırlıq, ebru sənəti, qum terapiyası, su terapiyası, qrup terapiyası və s.-dir.

-Uşaqların məktəbəqədər hazırlıq səviyyəsi qaneedicidirmi?
-Hal-hazırkı dövrdə məktəb proqramı çətin olduğundan uşaqların məktəbəqədər səviyyəsi kifayət qədər qaneedici deyil. Bu da uşaqların məktəbəqədər hazırlıq keçməsini zəruri edir. Məktəbəqədər təhsildə uşaq artıq məktəb proqramına müəyyən dərəcədə uyğunlaşır, beləliklə, məktəbə gedərkən uşaq auditoriyaya daha asan adaptasiya olur, uşaqlarla daha asan ünsiyyətə girir, məktəb rejiminə qismən də olsa hazır olur.

-Uşaqların sağlam mənəvi- psixi inkişafı üçün hansı addımların atılmasına ehtiyac var?
-Uşaqların sağlam böyüməsi üçün valideynlərə böyük öhdəliklər düşür. İlk olaraq onu qeyd etmək istərdim ki, indiki dövrdə, texnologiyanın bu qədər geniş yayıldığı bir zamanda hər bir uşağın əlində telefon, planşet və s. mövcuddur. Texnologiya ilə bu qədər sıx vaxt keçirmək uşaqlarda bir sıra problemlərin yaranmasına gətirib çıxarır. Xüsusilə də, 3 yaşına qədər olan uşaqlar televizor, telefon, kompüter, planşetlə çox vaxt keçirdikdə onlarda diqqət defisiti, ünsiyyət problemləri, nitqi və psixi inkişafdan geri qlama və başqa problemlər meydana çıxır.

-Valideynlərə, bu baxımdan hansı tövsiyə verərdiniz?
-Valideynlər bütün yaş dövrlərində uşaqları ilə daha yaxından ünsiyyət qurmalı, onlarla sıx vaxt keçirtməlidirlər. Bundan başqa, uşaqlara izlətdirəcəyimiz cizgi filmlərini, uşaq verilişlərini, uşaq kinofilmlərini diqqətlə seçməliyik. Uşaqlara aid bir çox cizgi filmlərində aqressiya nümayiş edilir. Bu da uşaqların aqressiv böyüməsinə səbəb olur. Cizgi filmləri seçərkən öyrədici və tərbiyəvi olmasına diqqət yetirmək lazımdır.

-Valideyn diqqətsizliyi uşaqlarda hansı psixoloji problemlər yaradır?
-Valideyn diqqətsizliyi uşaqlarda bir sıra problemlər yaradır. Yuxarıda da qeyd etdiyim kimi valideyn diqqətsizliyi uşaqlarda ünsiyyət problemləri, uşaqda pedaqoji ləngimə və s. kimi problemlərə yol aça bilər.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.08.2019
“Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
08.08.2019
“İlahiyyat İnstitutu olaraq, tələbələrə öz övladlarımız kimi yanaşdıq”
08.08.2019
Qurban kəsimini həyata keçirərkən azyaşlıların gözü önündə etməsinlər
07.08.2019
“Son bir ildə aktiv ƏDV ödəyicilərinin sayında 40 faizdən çox artım qeydə alınıb”
06.08.2019
Nazir Mehmet Cahit Turhan: “Sərnişinlər Ankaradan Bakıya qatarla birbaşa səyahət edə biləcəklər“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info