Naxçıvanda yeni marşrut xətləri açılıb
Tarix: 07.01.2015 | Saat: 19:08:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasının rayon və kəndlərinə sərnişinlərin gediş-gəlişini daha da asanlaşdırmaq üçün yeni marşrut xətləri açılıb. Ötən il ərzində açılan həmin xətlər Cəhri-Naxçıvan-Cəhri, Culfa-Naxçıvan-Culfa, Ərəfsə-Naxçıvan-Ərəfsə, Mahmudoba-Naxçıvan-Mahmudoba marşrutlarıdır.
Bu barədə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyində sərnişin daşınmasını yerinə yetirən sürücülərin iştirakı ilə keçirilən seminar-müşavirədə bildirilib.
Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin ümumi şöbəsinin müdiri Yasin Əliyev qeyd edib ki, muxtar respublikada avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmasını həyata keçirən sürücülərin intizam qaydalarına uyğun fəaliyyət göstərmələri mütəmadi olaraq nəzarətdə saxlanılır. Bu qaydalara əsasən, sərnişindaşıma hüququ müvafiq ixtisas tələblərinə və sağlamlıq vəziyyəti müvafiq normalara cavab verən fiziki şəxslərə verilir. İctimai nəqliyyatda sərnişin daşınması ilə məşğul olan hər bir sürücünün idarə etdiyi avtomaşının fəaliyyət göstərməsi üçün xüsusi razılığın - lisenziyanın verildiyini təsdiq edən sənəd olmalı, sürücülük rekvizitləri qanunvericiliyin tələblərinə cavab verməlidir.
“Nəqliyyat-yol kompleksinin yenidən qurulması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini verib, şəhər infrastrukturunun mühüm sahəsi sayılan sərnişindaşıma xidmətinin günün tələbləri səviyyəsində qurulması üçün hər cür şərait yaradılıb”, – deyən Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin rəis əvəzi İlkin Məmmədov qeyd edib ki, 2014-2015-ci ilin payız-qış mövsümünü günün tələbləri səviyyəsində başa vurmaq üçün kompleks tədbirlər həyata keçirilir. Ötən il ərzində Naxçıvan Şəhər Nəqliyyat İdarəsi 10 ədəd “Naz-Lifan” markalı taksi minik avtomobilindən, 9 ədəd “Paz”, 5 ədəd “Liaz”, 37 ədəd “King-Long” və 2 ədəd “Mersedes-Benz Traveqo” markalı avtobuslardan səmərəli istifadə etməklə sərnişindaşıma xidmətinin intensiv və keyfiyyətli formada həyata keçirilməsi üçün bütün gücü ilə çalışıb.
Sonda sərnişindaşıma ilə məşğul olan sürücülərin sualları cavablandırılıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info