Vergi hüquqpozmalarına qarşı ciddi tədbirlər görülür
Tarix: 07.01.2015 | Saat: 20:13:00 | E-mail | Çapa göndər


2014-cü il ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə cəmi 971 sayda cinayət işi başlanıb. Nazirlikdən verilən məlumata görə,bu cinayət işlərindən 205-i vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq faktları ilə bağlı səyyar vergi yoxlamalarının nəticələrinə dair materiallar üzrə, 745-i vergi borcunun ödənilməməsi, 14-ü əmək müqaviləsi hüquqi qüvvəyə minmədən şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, aksiz markası olmadan malların satışı və saxlanılması, qanunsuz idman mərc oyunlarının keçirilməsi ilə məşğul olma faktları üzrə operativ vergi nəzarəti tədbirlərinin nəticələrinə dair vergi orqanlarından daxil olmuş materiallar əsasında, 7 iş isə qanunsuz sahibkarlıq faktları ilə bağlı digər hüquq-mühafizə orqanlarından daxil olan materiallar üzrə başlanıb.
Hesabat dövründə Departamentdə cinayət işləri və materiallar üzrə aparılan araşdırmalar zamanı 16 milyon 81,4 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib. Bir cinayət işi üzrə təqsirləndirilən şəxsin 530 min manat dəyərində olan əmlakı üzərinə həbs qoyulub.
Departamentin İstintaq idarəsində 405 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 26 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İcraatına xitam verilmiş 280 cinayət işindən 198 iş üzrə bəzi müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri (32 iş üzrə külli miqdarda) ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində müvafiq qərarlar qəbul edilib.
Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 26 nəfər şəxs tutularaq Departamentin İstintaq idarəsinə təhvil verilib, ibtidai istintaqdan yayınan 324 şəxsin məcburi qaydada gətirilməsi, 226 şəxsin tapılaraq istintaqa gəlmələri, 208 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib. Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən 376 nəfər vergi ödəyicisi tapılaraq onların müvafiq vergi orqanlarına gəlmələri təmin olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Azərbaycan səfiri Qətərin Gömrük Baş İdarəsinin sədri ilə görüşüb
16.06.2019
Qeyri-neft sektorunda məhsul istehsalı 15 faiz artıb
15.06.2019
Bakı-Şarm əl Şeyx-Bakı reysi açılıb
15.06.2019
Bu torpaqlarda tikintiyə rəyin verilməsi üçün xidmət haqqı ödəniləcək
15.06.2019
Avrozonada vahid büdcə tətbiq olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info